Şou-biznes

Türk gözəli Neymarın doğum günü partisinə damğa vurdu - FOTO

7 Fevral 2019 20:04
0 Şərh     Baxış: 2 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paris Sen Jermenin braziliyalı ulduzu Neymar 27-ci yaş günündə türk model Elif Aksu ilə görüntülənib.

Milli.Az Publika-ya istinadən xəbər verir ki, dünən gecə dostları ilə birlikdə yeni yaşını qeyd edən Neymar Elif ilə əl-ələ tutaraq foto çəkdirib.

Elif Aksu dünya mediasına tanış simadır. Belə ki, model 2017-ci ildə sevgilisinin "Ferrari"si ilə yol qəzası keçirmiş və bununla diqqətləri üzərinə çəkmişdi. "The Sun"un xəbərinə görə, Elif Aksu ərəbistanlı milyarder sevgilisi ilə spirtli içki və narkotik istifadəsindən sonra avtomobilə əyləşib. Qəza da bu səbəbdən baş verib. O, günahkar olduğu üçün xüsusi təyyarə ilə İspaniyadan qaçmaq istəmişdi. Lakin polisə yaxalanmışdı. Bundan sonra külli miqdarda pul ödəyərək azadlığa çıxmışdı. Sevgilisi isə onun məhkəməyə çıxarılmasını gözləmədən Londona qaçmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.