17:49
"Maşın realiti-şounun qalibi müəyyənləşib.
Milli.Az bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, finalda Ranar Musayevlə mübarizə aparan Xəyalə Quliyeva şounun qalibi olub.
Qalibin adı indidən məlum olsa da, verilişin bu axşam efirə gedəcək canlı yayımında rəsmən elan olunacaq.
------------
11:37
"Maşın" şouda bir neçə gündür aparıcılar Ranar Musayevlə Xəyalə Quliyeva arasında davam edən mübarizə bitib.
Milli.Az Axşam.az-a istinadən bildirir ki, 17-ci buraxılışın qalibi artıq bəllidir. Bu haqda layihənin rəhbəri, xalq artisti Murad Dadaşov xəbər verib.
İnstaqram səhifəsində paylaşım edən şoumen "Qalibimiz var. Sizcə kimdir" sözlərini yazıb. Avtomobilin sahibinin adı bu gün canlı yayımda açıqlanacaq.
Milli.Az