Şou-biznes

Xalq artisti efirdə ağladı - Atası vəfat etdiyi gün... - VİDEO

20 Sentyabr 2018 16:04
0 Şərh     Baxış: 3 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Gülyanaq Məmmədova ATV-də yayımlanan "Şou ATV" verilişinin qonağı olub. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, müğənni efirdə atasının vida mərasiminə çatmadığını etiraf edib.

G.Məmmədova göz yaşları içində bunları dilə gətirib:

"Səfərdə olduğuma görə atamın vida mərasimində iştirak edə bilmədim. Mən təyyarədən enən kimi jurnalistlər zəng edib dedilər ki, Allah rəhmət etsin. Elə bildim əmim rəhmətə getdi. Deyəndə ki, atam rəhmətə gedib, dedim ki, axı atam sağdır, siz nə danışırsınız. Özüm də axşam dövlət tədbirində oxumalıydım. Çox pis vəziyyətdə qaldım. Mən konsertdə məcbur idim oxumağa. Oxumalıydım və məcbur oxudum".

Xatırladaq ki, xalq artisti Gülyanaq Məmmədovanın atası Zakir Məmmədov bu ilin mart ayında dünyasını dəyişib. 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Xalq artisti efirdə ağladı - Atası vəfat etdiyi gün...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.