Şou-biznes

Aygün Kazımovanın 47 yaşı tamam oldu - FOTO

26 Yanvar 2018 12:14
26 Şərh     Baxış: 9 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənninin 47 yaşı tamam olur.

Hər il ad günü üçün fərqli partilər hazırlayan müğənni bu il nədənsə heç bir tədbir keçirməyi planlaşdırmır.

A.Kazımova 1971-ci ildə Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı" yarışmasında birinci yeri qazanıb. Buna qədər isə o, "Ozan" və "Aypara" qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub. Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilen "DAF BAMA Music Awards"ın mükafatçılarından olub. 

2017-ci ildə "Crystal hall"da yaradıcılığının 30 illiyinə həsr edilən solo konsert verib. Dünyanın məşhur musiqiçi, prodüser və rəqs qrupu ilə çalışan Kazımovanın sözügedən konserti günlərlə dillərdən düşməyib. 

Ötən il yayımladığı "SUS" adlı mahnısı və ona çəkilən klipi isə aylardır dillər əzbəri olub və onluqlarda birinci yeri tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.