Şou-biznes

“Azəri Top Model"də Günel və Aynişan modellərə nümunə oldular - YENİLƏNİB - FOTOSESSİYA

19 İyul 2011 19:54
Baxış: 4 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
16:05

Dünən 16 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 16 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdilər. İnstrumental musiqinin müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Nəzərinizə çatdıraq ki, geyimləri "Debenhams" geyim mağazası təqdim edib.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyəti təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, geyim üzrə stilist Aygün Əliyeva, müğənni və model Züleyxa Akçurina və bu dəfəki verilişdə teleaparıcı Zemfira Adıgözəlova münsiflər heyətini təmsil edirdilər.

Verilişdə müğənni Günel Ələkbərova, Aynişan Quliyeva və keçmiş "Kristal" qrupunun solisti Lalə qonaq qismində iştirak edərək, öz repertuarlarında yer alan mahnıları ifa etdilər.

Onu da qeyd edək ki, müğənni Günel Ələkbərova modelyer Fəxriyyə Xələfovanın geyim kolleksiyasından olan paltarı geyinmişdi. Günel həmin paltarı Türkiyədə "Türksoy"un təşkilatçılığı ilə keçirilən festivalda iştirak etdiyi zaman geyindiyini və ona uğur gətirdiyini dedi. Bundan başqa, səhnəyə dəvət olunan Aynişan Quliyevanın al qırmızı rəngli paltarı diqqəti cəlb edirdi.

Veriliş zamanı səhnəarxası diqqətdən yayınmayan məqamlardan biri də Aybəniz Haşımovanın qrimsiz görünməsi idi. A.Haşımova qızını verilişə gətirdiyi üçün və çıxış etməyəcəyini bilib hazırlıqsız vəziyyətdə televiziyaya gəlmişdi.

Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Vüsal Verdiyev tərəfindən hazırlanmış fotossesiyası təqdim olundu. Münsiflət heyəti Nahidə Abdullayevanın şəklini bəyənərək, onu digər model xanımların şəkillərindən üstün bildilər.

Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi model Təranə Rzayeva, ikincisi Elvira Rüstəmova və üçüncüsü Diana Eyyubova oldu. Müsabiqəni tərk edən isə fotosessiya çəkilişlərində münsiflər heyətinin üstün bildikləri model Nahidə Abdullayeva oldu.

Ümumiyyətlə, veriliş zamanı aparıcı Firdovsi Atakişiyev zarafatlarıyla qonaqların marağına səbəb olurdu.

Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu. Həmçinin, veriliş zamanı Firdovsi Atakişiyev Züleyxa Akçurinanın simasında hazırlanan "Nuray" qadın ətirlərinin kataloqunu da tamaşaçılara nümayiş etdirdi.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçiriləcək. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsiylə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişində müxtəlif məkanlarda, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri olacaq.

Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model"lərin SMS seçiminə görə həftəlik siyahısı:

Rzayeva Təranə
Rüstəmova Elvira
Eyyubova Diana
Əbilova Gülnar
Rizayeva Oksana
Allahverdiyeva Səbinə
Cəfərova Maya
Ramazanova Nərminə
Arsentyeva Olqa
Klimova Yuliya
Şevçenko Aleksandra
Əliyeva Çinarə
Həsənova Xana
Əlizadə Ləman
Nəzərova Qərənfil
Abdullayeva Nahidə

Fuad Mədətov
Milli.Az


--------
19:54
























































































































--------
16:05




















































Foto: Vüsal Verdiyev
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.