Şou-biznes

"Namiqi, yoxsa Snup Doqu görmək istəyərdiniz?" - Aygün Kazımova

24 Sentyabr 2017 12:54
6 Şərh     Baxış: 5 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova solo konsertindən sonra media nümayəndələri ilə görüşüb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni geyimlərindən danışıb. O bildirib ki, çox da həyəcanlı olmayıb:

"Hazırlıqsız olanda həyəcan keçirirsən. Amma hər şey hazır olanda, başqa həyəcan yaşayırsan. Çox improvizələr etdim. Tamaşaçı bilməsə də, rejissor hiss etdi və onun xoşuna gəldi.

Bu konsert yox, sanki bir dəfilə idi. Kənardan gözəl görünürdü, amma onu dəyişmək çətin idi. Bu gözəllik yaradılmışdı, mən də onu daşımalıydım".

A.Kazımova duet ortağı, meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı "Onu da səhnədə görmək istəyərdik" sözlərinə belə cavab verib: 

"Çox istəyərdin? Namiqi görmək istəyərdiniz, yoxsa Snup Doqu? Əvvəldən dedim ki, solo konsertimdi, heç bir əlavə ifaçı olmayacaq. Bir nəfər səhnəyə çıxdı, rep dedi. O da Rəşad Haşımovun yeganə oğlu idi". 

Müğənni səhnədə ağlamağının səbəbini açıqlayıb:

"Həm kövrək biriyəm, həm də kövrək deyiləm. Bu layihə məni kövrəltdi. Kiməsə ünvanlanmış sevgi, göz yaşı deyildi. Mən səhnədə xoşbəxtəm. Heç bir yerdə o qədər xoşbəxt olmuram. O qədər həssas olursan ki... Məşqdə ancaq ağlamışam. Sevinin ki, konsertdə bir-iki dəfə ağladım (gülür)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.