Şou-biznes

Təranə ilə Musanın dəbdəbəli evi - "Evdə "peçat"ı mən vururam" - VİDEO - FOTO

13 Mart 2017 13:59
73 Şərh     Baxış: 28 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Evgördü" verilişinə qonaq olan tanınmış müğənnilər Musa Musayev Təranə Qumral maraqlı açıqlamalar veriblər.

Milli.Az xəbər verir ki, Musa Musayev evləri haqqında danışıb: 

"Evin dizaynını özümüz eləmişik. Evin tavanını 8 guşəli ulduz etmişəm. Bayrağımızın rənglərini həkk etdirib, ay və ulduz düzəltmişəm. Evdə şəkilləri sevirik. Bir-iki şəkil var, onu da bağ evinə aparacayıq. Sənət adamının bağ evi də olmalıdı, gözəl evi də, villası da olmalıdır. Bütün dünya müğənniləri hamısı yaxşı yaşayıblar. Sadəcə, bizdə yaxşı qarşılanmır. 40 ildən çoxdur sənətdəyəm. Biz də yaxşı yaşamalıyıq. Balalarımız üçün qoyub gedəcəyik, onlar üçün yaşayırıq. Təranəyə qədər çox diqqətsiz idim. İndi hər şeyə diqqət edirəm. Çox səhv tutur məndə. Evdə, əsasən, mənim sözüm keçir. "Peçat"ı mən vururam. Amma Təranin də sözünə önəm verirəm".

Təranə Qumral isə hər gün dalaşdıqlarını bildirib: 

"Hər gün qırırıq bir-birimizi. Çox dalaşırıq. Bir-birimizi çox istəyirik deyə belə olur. İnsan insanı çox istəyəndə çox dalaşır. Mən səhnədə müğənniyəm, evdə evimin xanımıyam."

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Təranə

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.