Şou-biznes

Kənan M.M.: "Gördüm ki, oğlum bıçağı əlinə alıb söyüş söyür" - VİDEO - FOTO

29 Noyabr 2016 14:35
6 Şərh     Baxış: 11 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan rejissor Kənan M.M. maraqlı açıqlamalar verib.

"Övladlarım arasında əsəbləşməyə sadəcə fərq qoyuram. Belə isə yox. Ortancıl qızımı Maşaya bənzədirəm. Bağçadan onu götürəndə müəllimlər şükür edirlər. Müəllimlər deyirlər ki, buna qız hərəkətləri öyrədin. Ən razı qaldığım övladım Hüseyndir. Sakit uşaqdır. Efirlərdən qaçır. "Qayıdış" filmindən sonra filmlərə çəkilmək istəyir. Soruşur həmişə ki, rejissor kimdir, aktyor kimdir. Onun qərarını vermək istəyir. Deyirəm, rejissor çəkir, aktyor çəkilir. Mənə irad tutur ki, sən həm çəkilib, həm çəkirsən. "Ləkə" serialının finalında məni bıçaqla vurub öldürürlər. Bir də görürəm ki, Hüseyn mətbəxdə bıçağı əlinə alıb onu söyür. Ən səmimi tamaşaçı uşaqdır".

Kənan M.M.-in oğlu Hüseyn də atasının "Qayıdış" filmini sevdiyini bildirib.

"Çox xoşlayıram. Sonuncu səhnəni sevirəm. Çox ağlamışdım orada".

Videonu izləmək üçün şəklə klikləyin:

Kənan MM:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.