Kriminal

Gözləri görməyən şəxs qohumunu necə öldürüb?

21 İyun 2025 10:24
Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qohumunu qətlə yetirməkdə ittiham olunan hər iki gözü görməyən Qulu Abbasovun məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onun 17 il azadlıqdan məhrum edilməsini təklif edib. Hakim hökmü elan edib.

Hadisə 2024-cü ilin dekabrında Qaradağ rayonunda baş verib. Beş il əvvəlki şəxsi münaqişə zəminində yaranan narazılıq sonradan qanlı hadisəyə çevrilib. Abbasovun sözlərinə görə, mərhum Xanlar Əmirov əvvəllər onun ailəsinə qarşı etikadan kənar davranış sərgiləyib.

Qətl qonşunun evində baş verib. Masa arxasında yaranan mübahisə zamanı Qulu Abbasov üzərindəki bıçaqla Əmirova iki zərbə endirərək onu qətlə yetirib. Hadisədən sonra özü polisə təslim olub.

Qeyd edək ki, Xanlar Əmirov əvvəllər adam öldürmə cinayətinə görə məhkum olunub.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.