"Yoxlama" verlişi bağlanıb? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ATV-də yayımlanan, hazırda sosial şəbəkədə tənqid hədəfinə çevrilən "Yoxlama" verilişinin yayımının dayandırılması barədə məlumat yayılıb.
Səsləndirilən iradlardan sonra ATV rəhbərliyinin həftənin cümə günü efirə gedən "Yoxlama" verilişinin növbəti buraxılışını proqramdan çıxardığı iddia olunur.
Milli.Az xəbər verir ki, musavat.com məsələyə aydınlıq gətirmək üçün verilişin aparıcısı Azər İsmayılovla əlaqə saxlayıb.
Teleaparıcı bildirib ki, proqramın yayım günü dəyişdirilib:
"Proqram bağlanmayıb. Bu gün axşam saat 23:00-da efirdə olacaq. Sadəcə Avropa çempionatına görə proqramın vaxtını dəyişmişik".
A. İsmayılov onu reketlik etməkdə ittiham edənlərə, məmurların deyil, adi vətəndaşların restoranlarına baxış keçirdiyi üçün irad bildirənlərə cavab verib:
"Siz proqramda reketlik görürsünüz? Məndən inciməyin, mənasız söhbətlərə münasibət bildirmək istəmirəm. Hər adamın öz fikri var, onlara hörmətlə yanaşırıq. Hər kəs istədiyini deməkdə sərbəstdir. Biz Azərbaycan xalqının yaxşılığı üçün çalışırıq. Hamımızın doğmaları o restoranlarda qidalanır, biz insanların xoş günü üçün çalışırıq. Bizim əməyimizi necə pis hal kimi qarşılaya bilirlər? Reketlik etmirik, maddi təmənnasız, pulsuz "Yoxlama" layihəsini həyata keçiririk. Heç kimdən pul almırıq, təmənna güdmədən layihəni davam etdiririk".
Qeyd edək ki, ötən həftə Şamaxı şəhərində yerləşən restoranda çəkiliş zamanı "Yoxlama" verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar. Restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Ancaq aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb. Restoran sahibi və yanındakılar çəkiliş qrupuna hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb. Bu hadisədən sonra proqram sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub. Bəziləri jurnalistlərin döyülməsini mənfi hal kimi qiymətləndirsə də, çoxları layihənin reketlik xarakterli olduğunu iddia edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
Nübar efirə qayıdır
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
XƏBƏR LENTİ
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi





