Şou-biznes

Müğənni Rəqsanə başqasının avtomobil ilə ağır qəza törətdi – FOTO

11 Aprel 2011 15:25
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, qəza Bakının Heydər Əliyev prospektində baş verib. Müğənninin idarə etdiyi "Mercedes Benz G-class" digər avtomobillə toqquşub. Nəticədə qarşıdakı maşının sərnişini yaralanaraq xəstəxanaya yerləşdirilib.
Müğənninin prodüseri Təranə Səmədova faktı təsdiqləyib. O, qəzanın səbəbləri haqda heç nə deyə bilməyəcəyini söyləyib.

Hüquq-mühafizə orqanlarından Day.Az saytına bildiriblər ki, əslində Rəqsanənin qəza törətdiyi avtomobil "Mercedes-Benz Gelandewagen"dir. Maşın müğənniyə deyil, başqa birisinə məxsusdur. Qəza nəticəsində 4 maşın əzilib. Hadisədən qorxuya düşmüş Rəqsanə dərhal hadisə yerini tərk etsə də, bu gün səhər saatlarında o, polisə aparılıb.
Qəza nəticəsində Rəqsanənin idarə etdiyi "Mercedes-Benz Gelandewagen" tam yararsız hala düşüb. Maşının təhlükəsizlik yastıqlarının açılması ifaçının həyatını xilas edib...

Milli.Az







Foto Day.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.