Şou-biznes

Teleaparıcı Günay Firudinqızı: "Həsrətlə baxıram..." - FOTO

21 Avqust 2015 12:16
5 Şərh     Baxış: 10 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az xəbər verir ki, teleaparıcı Günay Firudinqızı oğlu barədə gecce.az-a danışıb. TV fəaliyyəti Günayın zamanını alsa belə, o usanmadan uşağına yetəri qədər zaman ayıra bilir.

"Hazırda oğlumu üzgüçülüyə aparırıam. Kənardan dayanıb izləyirəm. Həsrətlə baxıram, üzə bilmirəm ki, çünki diqqətim üzərində olur. Bir az tənbəlliyi var. Çalışıram, müəllimin dediklərinə riayət eləsin. Hətta fənlərdən hazırlığa gedəndə belə gedib yanında oturub, gedişatı izləyirəm. Bunun ayrı səbəbi var. Əvvəllər baxırdım ki, müəllimi hazırlıqdan evə uşağı tez buraxır. Bir neçə dəfə izləyəndən sonra bunu ona irad tutdum. Çünki əvvəldən şərt qoymuşdu ki, hazırlıq vaxtından artıq olsa, bunun pulunu alacaq. Amma tez buraxanda bu şərti keçərsiz sayırdı. Sonrakı günlər hazırlığa oğlumla birgə qatıldım. Müəllim mənim orada olmağıma əhəmiyyət verməyib, telefonda şəxsi problemlərini çözürdü. Mesajlara, zənglərə biganə qalmırdı. Bunu ona irad tutdum. Amma məktəbdə müəllimindən çox razıyam. Hazırda tətildə olduğum üçün oğlumun bütün proqramlarına özüm qatılıram", - deyən teleaparıcı onun kaprizli olduğunu bildirdi. 

Övladının kaprizini hər halı ilə çəkməyə hazır olan Günay onunla bağlı gələcək arzularından söz açdı. Bildirdi ki, peşə seçimində oğluna mane olmayacaq: "Məcburiyyət uşağı savadlı edə bilər. Ona görə qarşısında heç bir şərt qoymuram ki, mütləq bu peşəni seçsin. Hələ ki polis peşəsinə həvəsi var. Türkiyənin çoxseriyalı "Arka sokaklar"ını böyük maraqla izləyir. Hansı peşəni seçsə, valideyni olaraq dəstək göstərəcəm. Əsas odur, öz sevdiyi peşənin arxasınca getsin, vətəninə, ailəsinə xeyirli övlad olsun. Elə insan var, 50 yaşına çatıb, ancaq aldığı təhsilə uyğun bir dəfə də işləməyib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.