Anspress-in məlumatına görə, Musa Musayevə aid bu sözləri müğənni Təranə Qumral "İnstagram" səhifəsində paylaşıb.
Musa Musayev qeyd edib: "Mən Cabbarı gənc yaşlarımdan dindirmirəm, hər zaman küsülü olmuşuq. Bunun səbəbini ancaq öz ailəmiz bilirdi. Bu sirri isə indi açıram".
O bidlirb ki, iki il bundan öncə Cabbar Musayev özü televiziyada küsülü olduqlarını təsdiq edib. Buna səbəb kimi də Təranə Qumralı göstərib.
"Küsülü olmağımızın səbəbi Təranə deyildi. Əksinə, Cabbar həmişə ailəmizi dağıtmaq istəyib. Amma Təranənin ağlına qurban olum, ona görə şükür, ailəmiz dağılmayıb. Nazənini öyrədərək, dəfələrlə mənim ailəmdə dava salıblar".
Musa Musayev onu da qeyd edib ki, bu yaxınlarda elə bir açıqlama verəcək ki, bütün xalq Cabbar Musayevin kim olduğunu biləcək. "Onun üzündəki maskanı çıxardacam, onda biləcəkiniz ki, o, hansı xalq artistinin evini yıxıb, arvadını analıqdan məhrum etdirib".
"O, elə indi də ev yıxmaqla məşğuldur. Xalq məni qınasa da illərlə saxladığım sirləri açıb-tökəcəm",- deyə Musa Musayev bidlirib.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.





