Şou-biznes

Şakiranın modelyeri Aygünə libas tikdi - VİDEO

13 Oktyabr 2014 17:15
5 Şərh     Baxış: 2 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Aygün Kazımova imicini yenidən dəyişəcək.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Onlar" verilişinə açıqlamasında deyib. O, əynindəki libasın və aksessuarların onun üçün özəl hazırlandığını vurğulayıb:

"Bu boyunbağının qolbağı da var. Çox ağırdır, eksklüzivdir. İkincisi yoxdur. Ya Madonnada, ya da Beyonsda ola bilər. Mən bu cür geyimlərdə özüm oluram. Bir ara çox bağlı geyinirdim. Əgər formada deyiləmsə, artıq çəkim varsa, özümü qapadıram. Daxili aləmimlə xarici dünyamın sintez yaratması məni daha yaxşı edir. İmicimi yenə dəyişəcəm. Bir neçə eskiz göndərilib. Amma istəyirəm elə modelyerlə işləyim ki, mənə nəsə fərqlilik qatsın. Özüm-özümə yenilik etməkdən yoruldum. Axır vaxtlar Cennifer Lopezin geyimlərini bəyənirəm. Bir də Şakiranın bir libası var, mənim üçün ona bənzər paltar hazırlanıb. Elə Şakiranın modelyeri tikib. Həmişə başqaları özünü  mənə bənzədib, indi də qoy mən oxşadım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.