Şou-biznes

Aygün Kazımova məmur oğlu ilə sevgi yaşayır - FOTO

28 Sentyabr 2014 20:28
65 Şərh     Baxış: 44 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xalq artisti Aygün Kazımovanın bir müddətdir haqqında danışdığı yeni sevgilisinin kimliyi bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə axşam.az saytına bəzi məlumatlar daxil olub.

Xəbərə əsasən, müğənninin yeni sevgilisinin adı Fikrətdir. Onun atası məmurdur və hazırda Almaniyada yaşayır. Xalq artistinin yeni eşqi özəl bizneslə məşğuldur. Cütlük İstanbulda tanış olub. Aygünün pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib.

Müğənni yeni "Mən sənə xəstəyəm" adlı mahnısını da sevdiyi şəxsə həsr edib. Bu bəstə onun həyatından bəhs edir. Mahnının adı da xalq artisti tərəfindən təsadüfən seçilməyib. Belə ki, Fikrətin A.Kazımova üçün ən çox işlətdiyi söz "Mən sənə xəstəyəm"dir.

Xalq artistinin sevgilisi ilə ilk fotolarını təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.