Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın tələbəsi, gənc müğənni Zaur vətənə dönən kimi yaradıcılıq işlərinə başladı. Milli.az xəbər portalının məlumatına görə, müğənni Türkiyədə olduğu zaman yaradıcılıq işlərində fasilə verməyib və yeni, "Xoşbəxtliyin rəngini çək" adlı klip çəkdirib. Sözləri və musiqisi Xanım İsmayılqızına məxsus olan mahnıya çəkdirdiyi klipi o, dünən mətbuat nümayəndələrinə təqdim etdi. Onu təbrik etmək üçün xalq artisti Faiq Ağayev, əməkdar artist Elza Seyidcahan, müğənni Rəqsanə, Sevinc Musayeva, Yaşar, bəstəkar Xanım İsmayılqızı gəlmişdilər.
Gözümüzə dəyməyən bircə Zaurun müəlliməsi, xalq artisti İlhamə Quliyeva oldu. Bəs görəsən İlhamə xanım niyə tələbəsinin həm yeni klipini həm də artıq biznesmen olmağını təbrik etməyə gəlmədi. Bu suala cavab axtarsaq da, tapmadıq.
Lakin bu təqdimat müğənniyə yaman baha başa gəldi. Belə ki, o, klipini hər kəs kimi mətbuat konfransında yox, yeni acdığı geyim dükanında təqdim etdi. Bir güllə ilə iki quş vurmaq istəyən Zauru təbrik etmək üçün gələn qonaqlar isə bu fürsətdən olduqca faydalandılar və yeni açılmış "Zeta Mondo" dükanında olan geyimləri özləri üçün hədiyyə götürdülər. Dükanı sözün əsl mənasında "sökən" qonaqlar müğənnini şoka saldılar. Çantalarını yeni geyimlərlə dolduran insanlar dükandan əsər-əlamət qoymayıb, məkanı tərk etdilər. Onların sırasına həmçinin dəvət alan müğənnilər də daxildirlər. Bu işdə isə ən fəal Rəqsanənin prodüseri Təranə Səmədova oldu. Faiq Ağayeva isə onu qeyd etdi ki, onun əyninə olan geyimlər hər zaman azlıq təşkil etsələr də, bu dükanda o, öz "razmerini" tapdı.
Tortu kəsən müğənnilər Zauru olduqca təriflədilər. Faiq Ağayev isə qeyd etdi ki, Zaur çox məsuliyyətli insandır: " Düzdür, mən Zauru İlhamə xanım Quliyevanın vasitəsi ilə tanımışam. Amma onu deyə bilərəm ki, o, çox vasvası oğlandır. Yəni seçicidir , hər şeyi bəyənmir. Amma sevinirəm ki, o, buranı nəhayət ki, bəyəndi. Onun alnının tərinə fikir verin, bu məsuliyyətdən irəli gəlir. Ona uğurlar arzu edirəm. Amma bir sevindirici hal budur ki, Zaurun da boyu mənim kimi balacadır. Demək biz burdan asanlıqla özümüzə geyim seçə bilərik" (gülür).
Xalq artistinə "Siz də biznesmen olmaq istəyərsinizmi?" sualını ünvanlayanda o, belə cavab verdi: "Mən Allahıma çox şükür edirəm ki, belə bir dükanım olmasa da, sənətimlə dolanıram. Əgər mən bu gün burada iştirak edən dostlarımın ad günlərində sanballı hədiyyələr alıb, istədiyim kimi yaşaya bilirəmsə, bu mənə bəsdi".
Onun sözünü kəsən müğənni Elza Seyidcahan isə Faiq Ağayevi məhz öz peşəsi ilə biznesmen olduğu qeyd edərək bildirdi ki, çoxların özünü məhz Ağayevə bənzətsələr də, onun yerişini təkrarlaya bilmirlər.
Mələk
Milli.az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Gənc müğənni Zaur dükanında niyə şoka düşdü?
11 Dekabr 2010 11:39
Baxış: 479

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir hərəkətlə qarşı tərəfi inandırmağın asan yolu - Açıqlama
-
Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?
-
“Eşref Rüya” bu tarixdə yayımlanacaq
-
Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ - VİDEO
-
Həmidə Ömərova nənə oldu - FOTO
-
Mourinyo yenidən İngiltərə komandası çalışdıra bilər
-
Nadir bu məşhur həkimlə yaxın qohum imiş - VİDEO
-
Günün qoroskopu: Doğru yoldasınız. Sadəcə, davam edin
-
Yeni nazir mətbuat konfransı zamanı huşunu itirdi - VİDEO
-
Azərbaycanla oyundakı nəticəyə görə üzr istədi
-
Rusiyada zəlzələ oldu
-
Səhər belə oyanırsınızsa dərhal həkimə gedin - Terapevtdən açıqlama
-
6 aydır komada olan müəllim vəfat etdi - FOTO
-
Azərbaycan XİN Qətərə hücumdan narahatdır
-
Yerin yanından nəhəng asteroid keçəcək - NASA-dan xəbərdarlıq
-
Əməkdar artistin bloger qızı əri ilə - FOTO
-
Apple iPhone 17 Pro və Pro Max-ı təqdim etdi - QİYMƏT - VİDEO - FOTO
-
Azərbaycan millisinin baş məşqçisi: “İki gündür yatmamışam”
-
Apple Watch Ultra 3 modelini təqdim edib - FOTO
-
Ayağını pəncərədən çıxararaq maşın sürdü - tədbir görüldü - YENİLƏNİB - VİDEO
-
"Apple" şirkəti "iPhone 16" modellərinin qiymətlni açıqladı
-
Apple iPhone 17-ni təqdim etdi: Yeni “Center Stage” ön kamera ilə - FOTO
-
Apple iPhone Air – ən incə iPhone təqdim olundu - FOTO
-
Yas mərasimləri neçəyə başa gəlir?