Əməkdar artist Cavanşir Məmmədovun Milli.Az-a müsahibəsi.
- Cavanşir müəllim, hazırda nə işlə məşğulsunuz?
- Yayda işləmək olmur, istidir. Ailəmlə istirahət edirik.
- Niyə son vaxtlar verilişlərdə sizi hirsləndirməyə çalışırlar?
- Əvvəla, ağıllı adamlar nə hirslənir, nə də qıcıqlanır. Görünür, mənə qıcıqlandırıcı sual verən həmin şəxslərin səviyyəsi aşağıdır. Ağıllı insanlarla danışanda adam bir az da təkmilləşir, zəkası inkişaf edir. Bir də görürsən, sual verirlər ki, yuxudan neçədə durursunuz? Mənim yuxudan durmağımın sənə nə dəxli var? İstəyirlər müğənniyə nəsə dedizdirsinlər, sonra da onu müzakirə obyektinə çevirsinlər. Bir müddət də saç əkdirməyimi müzakirəyə qoydular. Bunu özüm demişəm və eləmişəm. Bunun kimə aidiyyatı var, başım çıxmır? Saç əkdirməyimi söz-söhbətə çevirənlərə deyirəm ki, cəsarətiniz varsa, qulağına sırğa taxanlardan yazın. Niyə yaza bilmirsiniz?
- Hesabat konserti verməyi düşünürsünüzmü?
- 43 ildir sənətdəyəm. Lazım olan vaxtda hesabat konserti verəcəyəm.
- Yeri gəlmişkən, hansı xarici ölkələrdə konsertiniz olub?
- İtaliya, İspaniya, Yunanıstan, Fransa, Türkiyə, Malta, Əlcəzair, Misir, Tunis, Yəmən, Belçika, Hollandiya, İngiltərə, Amerika, Dubay, bir də MDB ölkələrinin hamısında geniş konsert proqramlarım olub.
- Bəs yerli tamaşaçılar üçün konsertiniz olacaqmı?
- Dəqiq vaxt deyə bilmərəm. Amma zamanı gələndə hesabat konserti verəcəyəm. Mən həm də tamaşaçılardan əlavə, sənət adamlarına hesabat verəcəyəm. Çox vaxt deyirlər ki, xalqın gözü tərəzidir. O düz söz deyil.
- Niyə?
- Xalqın gözü yox, sənət adamlarının gözü tərəzidir. Xalq tamaşaçıdır, dinləyicidir. Əlibaba Məmmədov, Arif Babayev, Razi Şükürov, Akif İslamzadə, Mənsum İbrahimovun, Ağaxan Abdullayevin, Alim Qasımovun gözü tərəzidir. Yoxsa alverçinin, kasetsatanın gözü tərəzi ola bilməz. Onun fikri ilə mənim sənətimə qiymət vermək düzgün deyil.
- Sənətə "belə edəcəm, elə edəcəm" iddiasıyla çoxlu gənclər gəlirlər. Amma ortada heç bir nəticə olmur. Sizcə, onlara imkan verilmir, yoxsa bacardıqları budur?
- Əgər o elə deməsə, ona baxmazlar axı. "Vurdum", "asdım", "kəsdim" deyilən tərəfə daha çox baxırlar.
- Yaşı 35-ə qədər olan ifaçılardan kimlərə qulaq asırsınız?
- Məsələn, kimləri nəzərdə tutursan?
- Məsələn, hazırda gündəmdə olan Abbas Bağırov?
- Bəli, Abbasa, Eltona, Ramala, Ayaza, Elçin Cəfərova qulaq asıram. Nadir Qafarzadəyə də qulaq asıram və lazımdır. O adam qulaq asmır ki, paxıldır, qəbul edə bilmir. Mən dinləməliyəm görüm ki, gündəmdə nə var, nə çatır, nə çatmır.
- Siz yaşda sənətkarın hansısa gənc ifaçıdan nəsə görüb-götürməsi mümkündür?
- Hər şey ola bilər. Gör-götür dünyasıdır. Əgər müasirliklə keçmiş arasında qalmısansa, təzələrə qulaq assan, daha yaxşı olar. Çünki keçmişi bilirsən də. Yeniləri dinləyib onlardan nəticə çıxarmaq lazımdır.
- Yeri gəlmişkən, bir müddət öncə Nadir Qafarzadə bildirmişdi ki, bundan sonra məni sənətkar kimi elan etməyən jurnalistin başına mikrofon vuracağam. Sizcə, nə dərəcədə etikdir belə hərəkət?
- Onu Nadirin özündən soruşun.
- Ümumiyyətlə, sənətkar və sənətçi arasındakı fərq nədir? Hər kəsə sənətkar demək olarmı?
- O qanunu mən yazmamışam. Bu sualı Əlibaba Məmmədova, Arif Babayevə, Flora Kərimovaya, İlhamə Quliyevaya verə bilərsiniz. Özümə aid suallara cavab vermək istəyirəm. Çünki indi hansısa cavabı versəm, sabah başqa bir jurnalist başqa bir sual verəcək və əsəblərim pozulacaq.
- Bəzi sənət adamları müəyyən yaşdan sonra sənətlə vidalaşdıqlarını açıqlayırlar. Ola bilərmi ki, bir neçə ildən sonra siz də belə bir açıqlama verib sənətlə vidalaşasınız?
- Gecəni yatıb səhər duranda Allaha şükür edirəm ki, sağ-salamatam. İndidən 70 yaşım haqda proqnoz verə bilmərəm. Həyat hər gün dəyişir. Əgər sağlamlığım yerində olarsa, yenə də bacardığım qədər sənətə xidmət edərəm, tələbələr yetişdirərəm. Axı dövlət mənə fəxri ad verib. Mən bu dövlətin incəsənətinə cavabdehlik daşıyıram.
- Haradasa dərs deyirsiniz?
- Xeyr, fərdi qaydada məşğul olduğum tələbələrim var.
- Gənc ifaçılara məsləhətlərinizi bilmək maraqlı olardı.
- Elə durub-oturmalısan ki, hər kəsin hörmətini saxlaya biləsən. Gör-götür dünyasıdır. Biz necə görüb-götürmüşüksə, onlar da elə etsinlər. Mən kiçiyin də yerini bilirəm. Bu sənətdə öz tay-tuşlarımdan 3 nəfər hörmətli adam varsa, biri də mənəm. İndiyə kimi dələduzluq etməmişəm, içki məclisindən sərxoş gəlməmişəm, artıq-əskik işlərim olmayıb. Oturuş-duruşuma, ailəmə ciddi nəzarət edirəm.
- Maşınlarınız da bir müddət müzakirə mövzusu idi...
- Bir maşın alıb gətirdim. O maşını dilə-dişə saldılar. İlyarım o maşını gizlətdim. Amma başqası nəsə alır, onu 50 dəfə reklam edir. İndi hamı səviyyədən danışır. Amma öz səviyyəmi bilmirəmsə, qarşımdakının səviyyəsini bilə bilmərəm. Sənət adamları milyonçu deyillər, özlərini pullu adam kimi təqdim edirlər. Toya çox getməkləri ilə fəxr edirlər. Sənətin qollarından biri toydur, televiziyadır, radiodur, xalqın arasındakı nüfuzundur, sənin ədəb-ərkanındır. Gərək yüngül olmayasan. Efirdə oturanda əxlaq qaydaları var. Adam müəlliminin, valideyninin qarşısında ayağını ayağının üstünə aşırar? Yox. Bəs sənə milyonlarla müəllim, böyük qardaşlar baxır. Onların qabağında necə ayağını ayağının üstünə aşırırsan? Yarım saat efirdə düz otursan, nə olar ki? Bəs necə olur, əsgər səkkiz saat səngərdə dayanır. Onu da ana doğub da. Mədəniyyət adamı mədəni durub-oturmalıdır. Bəs o boyda millətin baxdığı verilişdə utanmırsan, elə oturursan? Ayıbdır axı. Aparıcı televiziyada elə oturur ki, elə bil, o kanal dədə-babasından qalıb buna. Zaur Baxşəliyevdən çox xoşum gəlir. Çox mədəni insandır, özünə və ətrafındakılara böyük hörmətlə yanaşır. Aparıcı mühərrik deməkdir. Sən hər şeyi üzərinə götürürsən. Aparıcı zəif olsa, veriliş batıb gedər.
- Belə başa düşdüm ki, narazısınız...
- Efirlərə baxın. Musiqi başlamamış müğənni oynayır. Qardaş, sən toyxananı efirə niyə gətirirsən axı? Başım çıxmır, bunlar oxuyandırlar, yoxsa oynayan? Akif İslamzadə, Hüseynağa Hadiyev, Gülağa Məmmədov, İlhamə xanım, Flora Kərimova oynayıblar? Oxu, qoy oynasınlar, şadlansınlar.
- Dəbə münasibətiniz necədir?
- Dəblə geyinmək lazımdır. Amma bu o demək deyil ki, yalın ayağa ayaqqabı geyəsən. Dədə-babadan da görmüşük ki, şalvarın, ayaqqabının rənginə uyğun corab geyərlər. İndi təzə dəbdir, corabsız ayaqqabı geyirlər. Bu, dünyanın harasında olub? Deyiləsi deyil e. Sonra o ayaqqabıdan iy gəlmək məsələsi var. Corab salfet kimi ayağı qurulayır. Gəlib corabını dəyişib başqasını geyinirsən. Təsəvvür edin ki, corabsız ayaqqabı geyinən adam ayaqqabısını çıxaranda nə iy gəlir. Siz bunu hansı ağılla elə geyinirsiniz? Tutaq ki, kanaldan çıxıb mənim evimə gəlirsən, ayaqyalın girəcəksən evimə?
İntiqam Valehoğlu
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Cavanşir Məmmədovdan həmkarına sərt sözlər: "Yarım saat efirdə düz otursan, nə olar ki?"
6 Avqust 2014 02:00
3 Şərh
Baxış: 5 695

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14,8 milyard dollar qazandıran aktrisa
-
Gözəllər gözəli model İngiltərə nəhənginin ulduzunu atıb GETDİ - FOTOlar
-
Dünyanın ən yaxşı restoranları
-
Bu da azərbaycanlı aparıcının heç yer də görmədiyiniz QIZLARI - FOTOlar
-
Həbsxanadan çantada gizlənərək qaçdı
-
Günün qoroskopu: Nəyi dəyişmək istəyirsinizsə, onunla bağlı ilk addımı atın
-
FSB-nin tapşırığı ilə polkovniki "öldürən" iki azərbaycanlı...
-
"Prezident olmağa hazır deyildim..."
-
Bu kənddə 10 ildən çoxdur toy etmirlər - SƏBƏB
-
"Bu halda Rusiya məhv olacaq"
-
London yaxınlığında təyyarə qəzaya düşdü - VİDEO
-
3 bürc üçün şanslı dövr başlayır - Çətin günlər keçdi
-
Bakıdan Laçına piyada getdi
-
Nigeriyanın keçmiş prezidenti Londonda vəfat etdi
-
Azərbaycanda ağır qəza: 3 ölü var - Təfərrüat - YENİLƏNİB - FOTO
-
Zelenski bu həftə Ukraynaya edilən PUA hücumlarının sayını açıqladı
-
"Bu sənətdə iynə ilə gor qazırıq"
-
Bu gün 40° isti olub - Faktiki hava
-
“Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq”
-
Rəy yazdı, itkin düşən qadın tapıldı - YENİLƏNİB - FOTO
-
“Eşref Rüya” məhkəməlik oldu
-
Bu pendirdə yumurtadan dəfələrlə çox protein var
-
"Liverpul" əfsanəsinin yeni klubu bəlli oldu
-
Aldadıb 12 milyonunu əlindən aldılar