Şou-biznes

Röya: "Lüt kişini verəcəklər, biz də xoşbəxt olacağıq?"

1 Aprel 2014 00:22
4 Şərh     Baxış: 4 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə "Kral Musiqi ödülləri" müsabiqəsində nominant olan müğənni Röya xalq artisti Aygün Kazımovanın ona dəstək olmasına münasibət bildirib
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Röya "Onlar" verilişinə açıqlamasında xalq artistinə təşəkkürünü bildirib:

"Təşəkkür edirəm, Allah hər kəsin uğurunu dəyərləndirsin. Hamı sevənləri üçün nəsə etmək üçün əziyyət çəkir. Hamımıza uğurlar arzulayıram.  Adaylarda olsam da, bu mənim üçün vacib deyil, buna iddialı deyiləm. Mən sadəcə işimi görürəm. Lüt kişini verəcəklər, biz də xoşbəxt olacağıq? Bəlkə, illər sonra bu nominasiya mənim üçün maraqlı olar, amma indi mənim üçün maraqlı deyil".

Qeyd edək ki,  Aygün Kazımova Röyaya uğurlar arzulamışdı:

"Röyanın müsabiqədə iştirakçı olduğunu bilirəm. Ona ürəkdən uğurlar arzulayıram, sağ əli olmayanların başına. Bəziləri deyirlər ki, aday olmaqda nə var ki, bunu böyük xəbər edirlər? Heç kimin əməyini kiçiltməyin, cılızlaşdırmayın. Bu böyük bir göstəricidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.