Şou-biznes

Məşhur türk müğənni Bakıya gəlib - FOTO

31 Yanvar 2014 19:54
0 Şərh     Baxış: 1 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycana gələn Türkiyənin tanınmış müğənnisi Haluk Levent mətbuat konfransı keçirib.

Milli.Az xəbər verir ki, konfransda çıxış edən müğənni Bakı səfərindən Lent.az-a danışıb:

"Bildiyiniz kimi, Azərbaycana səfərim paytaxtınızda verəcəyim konsertlə bağlıdır. Bakıya ilk səfərim deyil.Təxminən 4 il öncə də Bakıda olmuşdum. Amma konsert verməmişdim. Yəqin qismət bu günə imiş. Azərbaycan mahnılarını çox sevirəm. Çox güman ki, bu gün onlardan bir neçəsini ifa edəcəm. Burada tanıdığım sənətçilər olsa da, konsertdə yalnız özüm çıxış edəcəm. Yəni heç bir azərbaycanlı müğənni ilə eyni səhnəni paylaşmayacağam. Çünki, bu gecə yalnız mənim mahnılarımdan ibarət bir konsert keçiriləcək".

Müğənni bildirib ki, hələ bir neçə gün Bakıda qalacaq:

"Bakını hələ tam gəzməmişəm. Hər tərəf ağ rəngdə olduğuna görə, Bakının necə dəyişdiyinin şahidi ola bilmədim. Hələ 1-2 gün Azərbaycanda olacağam. Gün çıxıb, qarı əritsə, paytaxtınızı daha yaxşı seyr etmək imkanım olacaq".
 
Milli.Az


 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.