Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi layihəni ləğv etmək məcburiyyətində qalıb. E.Xəlilova aparıcılıqdan uzaqlaşdığını bildirib:Müğənni Elnarə Xəlilovanın uzun müddətdir ki, üzərində işlədiyi "Market" adlı verilişinin yayımına icazə verilməyib
"Verilişin bir ay yayımlana biləcək qədər bölümünü çəkib hazırlamışdıq. Bəzi səbəblərdən yayımlanmağa icazə verilmədi, layihə ləğv olundu. Hazırda başqa təkliflər alıram, amma istəmirəm. Çünki indi sənətimə və özümə vaxt ayıra bilirəm.
Yeni mahnım işıq üzü görüb. Eyni zamanda, üzgüçülüyə, idmana gedirəm. Rəqslər öyrənirəm: flamenqo, salsa. Bütün bunlar mənim üçün dincəlmək imkanı yaradır".
Milli.Az





