Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Bığ" şouya qonaq olan ifaçı efirə tez-tez çıxıb insanların gözünü yormaq istəmir. R.Rəhimli, eyni zamanda, avtomobilini, evini reklam edən həmkarlarını qınayıb:Müğənni Rəhim Rəhimli gündəmdə az görünməsinin səbəbini açıqlayıb
"Seçmə verilişlərə qatılıram. Çünki çoxları yersiz suallarla hədlərini aşırlar. Müğənni hər dəqiqə gündəmdə olmamalıdır. Hərdən ara verib uzaqlaşmalıdır. Bir müddətdir, heç yerdə görünmürəm. İndi yeni imiclə, mahnı ilə qayıtdım. Hazırda müğənnilər özlərini evləri, maşınları ilə gündəmə gətirirlər.
Bunlara yol vermək lazım deyil. İnsanlar var ki, imkansızdır, bu cür şeylərə əlləri çatmır. Niyə sən özünü evlə, maşınla reklam edirsən ki? Neçə illərdir, efirdəyəm, bir dəfə də olsun, evimdə çəkilişə icazə verməmişəm. Televizoru açırsan, müğənnilər ancaq özlərini tərifləyir. Bu da, deyəsən, yeni dəbdir".
Milli.Az





