Şou-biznes

Samir Piriyev aparıcılıq edəcək - FOTO

31 Yanvar 2014 12:57
0 Şərh     Baxış: 1 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Samir Piriyev tədbirlərin birində fotokameramızın qarşısına keçib


Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, uzun müddətdir pəhriz saxlayıb arıqlayan sənətçinin yenidən artıq çəki alması diqqətdən qaçmayıb. S. Piriyev hazırda cüdo vasitəsilə bu çəkidən xilas olmağa çalışdığını bildirib:

"Hərdən üç-dörd kiloqram artıq çəki yığıram. Amma tez bir zamanda arıqlayıram. Uşaqlıqda peşəkar cüdoçu olmuşam. İndi də hərdən cüdo ilə məşğul oluram, bu məni arıqladır. Bir günə 1,5 saat idmanla məşğul olmaqla dörd kiloqram arıqlaya bilirəm. Əslində, bir az çəkim artan kimi üzüm şişir, bədənim o qədər də kökəlməyib".

Samir Piriyev yaxın günlərdə yenidən aparıcı kimi efirdə görünəcəyini bildirib: "Kamran Həsənlinin "Bizim saat" verilişini bundan sonra ikimiz aparacağıq. Maraqlı bir ideyamız var".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.