Şou-biznes

Azərbaycanlı model-aktrisanın sabah toyudur - FOTO

31 Yanvar 2014 11:21
2 Şərh     Baxış: 3 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah şou-biznesdə toy var

Sabah türkiyəli prodüser Kemal Cenk İçten və azərbaycanlı model-aktrisa Minara Allahverdiyevanın toyu olacaq.

"Qafqazinfo"nun məlumatına görə, cütlüyün toyu paytaxt Bakıda yerləşən istirahət məkanlarının birində gerçəkləşəcək. Şou-biznes nümayəndələri ilə yanaşı, iş adamlarının da qatılacağı gözlənilən toyun qapıları media mənsublarının üzünə açıq olacaq. Uzun illərdir Azərbaycanda prodüser kimi çalışan Cenk jurnalistlərlə olan dostluğunu nəzərə alaraq bu addımı atıb və onların toyunda qonaq kimi iştiraklarından məmnun olacağını bildirib:

"Fevralın 1-i həm də Minarənin doğum günüdür. Toyu bu günə təyin etdik ki, həyatımızda bu tarix ömürlük ən xoş məqam kimi qeyd olunsun. Bir deyim var: kim qazan dibi yeyərsə, toyunda yağış, qar yağar. Minarə xanım o qədər qazan dibi sıyırıb ki, bu toyumuza təsir göstərir, gözlənilməz qar yağır. Lakin heç bir qar, çovğun toyumuza əngəl ola bilməz. Çünki bizim izdivacımız təmiz sevgi üzərində qurulub".

Qeyd edək ki, toydan sonra cütlük Türkiyəyə bal ayına yola düşəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.