Müğənni Röya Ayxan "Mənəm" adlı solo-konserti barədə maraqlı açıqlama verib.Sənətçi: "Hər zaman arzum idi, sarayda elə bir dekorasiya qurum ki, bütün səhnə bağlansın"
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, sənətçi Azərbaycan səhnəsində nadir görünən dekorasiyasına xərclədiyi məbləği açıqlayıb. Röya bu barədə yerli telekanallarda yayımlanan müsahibəsi zamanı bildirib. O, bildirib ki, bir tək işıqlara 250 min manat pul xərcləyib:
"Bu işıqları ilk dəfə mən etdim. 250 min manat xərc çəkmişəm. Bu, yarım milyonun yarısıdır, az pul deyil. Hər zaman arzum idi, sarayda elə bir dekorasiya qurum ki, bütün səhnə bağlansın, bunu da etdim".
Röya Ayxan solo-konsertdə üç yeni mahnısını təqdim edib: "Əslində, dörd mahnı təqdim edəcəkdim. Amma birinin aranjmanı hazır olmayıb deyə, çatdırmadım. Murad Arifin "Ona nə var", Sevinc xanımdan Latın Amerika stilində olan "Sevgilim, səni atdım" və Pərviz Mahmudovun "Mən sənsiz" adlı bəstələrini ilk dəfə konsertdə oxudum".
Xatırladaq ki, Röya 4 gün davam edən konsert proqramında yeni mahnıları ilə yanaşı, köhnə mahnılarını yeni aranjmanda səsləndirib. Konsertin ilk günü maraqlı məqamlardan biri də oğlu Hüseyn və həyat yoldaşı Anarın səhnəyə çıxmaları olub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.










