Yaradıcılıq işlərini Azərbaycanla yanaşı Türkiyədə də davam etdirən müğənni Azəri Günel Zeynalova Bakını tərk edib.Azəri Günel Bakıdan getdi
Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun yaradıcılıq işləridir:
"Bildiyiniz kimi xeyli müddət idi ki, Bakıda idim. Doğma yurduma budəfəki gəlişimdə xeyli yaradıcı işlərimlə yanaşı, habelə "Azərbaycan turnesi" layihəm barədə işlər gördüm. İndi isə Türkiyəyə yola düşürəm. Orada da bir neçə layihələrim var ki, onları da həyata keçirməliyəm. Azərbaycana isə mart ayında qayıtmaq niyyətindəyəm. Həmin ərəfədə bölgələrdə konsertim olacaq".
Onu da əlavə edək ki, A.Günel martda ölkəmizin 8 bölgəsində konsert proqramı ilə çıxış edəcək. İlk konsertin Ağdam rayonun Quzanlı kəndində verilməsi nəzərdə tutulub.
Milli.Az





