Şou-biznes

Bəhram Bağırzadə: "Mən Aynur Talıbova adda aparıcı tanımıram"

19 Noyabr 2013 10:09
9 Şərh     Baxış: 10 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Aynur Talıbova kimdir? Mən elə adda aparıcı tanımıram. Ona görə bu barədə heç nə deyə bilmərəm"
Milli.Az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında "Bakılı oğlanlar" Şən və Hazırcavablar komandasının məşhur üzvü Bəhram Bağırzadə teleaparıcı Aynur Talıbovanın "Bakılı oğlanlar" haqda yazdığı tənqidi fikirlərə cavab olaraq deyib.

Qeyd edək ki, Talıbova fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb: "Bazar sabahı "Comedy club". Əsrin çempionları - "Bakılı oğlanlar"ın hamısı bir yerdə bir ədəd Qarik Martirosyan eləmir. Qarpız-keşniş satan azərbaycanlıları Rusiya bazarlarında asıb-kəsərkən rus kanallarında ermənilər əməlli-başlı simalardır. Bizim kanallarda hara çevirsən silikonlu botokslu manısları və aşağı sinif küçə arvadları səviyyəsində gicbəsər şouları izləməkdən millətin gözünə mazol çıxıb".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.