Milli.Az xəbər verir ki, çempionatda Kanada, Cənubi Afrika, Rusiya, Almaniya, Danimarka, İngiltərə, Polşa, ümumilikdə 50-yə yaxın ölkənin təcrübəli, peşəkar rəqqasları iştirak edirdi.Oktyabr ayının 16-dan 20-dək Danimarkanın paytaxtı Kopenhagen şəhərində rəqsin hip-hop, elektro-buggi, brekdans növləri üzrə Dünya çempionatı keçirildi
Dünyanın ən mötəbər turnirində Vətənimizi Azərbaycan Müasir və Sosial Rəqslər Assosiasiyasının prezidenti Ə.Əzizovun rəhbərliyi ilə 8 nəfərlik rəqqas heyəti təmsil edirdi. Heyət üzvləri hər 3 növ üzrə müxtəlif kateqoriyalarda (solo, duet, qrup) öz istedadlarını göstərdilər. Yarışda ən yüksək nəticəni 2013-cü il Bakı və Azərbaycan çempionları, Silk Way beynəlxalq yarışının qalibi Crazy Eyes qrupu göstərdi.
Crazy Eyes qrupu hip-hop batll nominasiyasında yarımfinal mərhələsində məğlub olaraq Dünya qrupları içərisində 4-cü yeri tutdu. Həmin nominasiya üzrə qalib Hollandiya, ikinci yerin sahibi Rusiya, ücüncü yerin sahibi isə Slovakiya təmsilçiləri oldu. Xatırladaq ki, bu Crazy Eyes qrupunun əcnəbi ölkədə ilk beynəlxalq yarışı idi və ilk dəfə battl sahəsində çıxış edirdi.
Crazy Eyes qrupunun rəhbəri A.Məmmədovun məlumatına görə, hazırda qrup üzvləri təcrübə artırmaq, daha yüksək nəticələr əldə etməkdən ötrü gərgin rejimdə məşqlər edir. Bunun üçün istedad və qələbə əzmi qrupda var, sadəcə çatmayan maliyyə dəstəyidir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.