Rəvan Habiloğlu özəl həyatı ilə bağlı indiyə qədər demədiyi sirrlərini ilk dəfə "Şərq"in əməkdaşı ilə bölüşüb. Milli.Az müsahibəni ixtisarla oxucularına təqdim edir:
- Rəvan salam. Sənin barəndə son günlər müxtəlif şayiələr dolaşır. Deyirlər, dəli olmusan?
- İnanın şokdayam. Mən sənətə gəlirdim ki, yaradıcılıq potensialımı göstərim, özümə qəşəng qız tapıb evlənim. İndi kim gələcək mənə? Bu söz-söhbətdən sonra hansı ağıllı adam mənə ərə gələr? Bu şayiələri kim yayıb, inanın xəbərim yoxdu (gülür). İndi oturub bunun dərdini çəkirəm.
- Sənət aləmindən qız almaq niyyətin var ki?
- Sənət aləmindən olmasa da, gəlib bir ortalığa çıxardım. Nə bilim, bir az romantik insanam. Düşüncələrim fərqlidir.
- Yəni ulduz kimi evlənmək istəyirsən?
- Yox. Mənim xasiyyətim bir çoxlarına, o cümlədən sizə də yaxşı bəllidir. Uzun illərdir məni tanıyırsız. Mənim ulduzluq xəstəliyim yoxdu. Sadəcə, Rəvan kimi sevmək istəyirəm.
- Bu qədər söz-söhbət yarandı. Sən özün harada idin ki?
- Mən Türkiyəyə getmişdim ki, dişlərimi düzəltdirim. Elə oldu ki, orada özümü pis hiss etdim. Müayinədən keçirdilər. Təzyiqim çox aşağı düşmüşdü. Türkiyədəki Amerikan xəstəxanasında bir neçə gün yatmalı oldum. Atamın yubileyinə də çata bilmədim. Evdəkilər zəng vururlar. Narahat idilər. Dəli olmuşdular ki, sənə nə olub. İndi şükr, yaxşıyam.
- Məgər Bakıda hansısa xəstəxanaya müraciət etmisən ki, bu cür xəbər yayılıb, səni dəli elan etdilər?
- Bakıda heç bir həkimə getməmişəm. Ancaq mən depressiya yönlü insanam. Atamla da aramda bir vaxtlar inciklik yaşanmışdı. Nə bilim, həyatdı da. İndi hər şey yaxşıdı. Münasibətlər düzəlib. Əvvəllər sənətə gəlməyimə narazı idi. İndi fikrini dəyişib.
- Deyəsən, heç nə itirməmisən...
- Yox düşünmürəm. Nə itirmişəm ki? Toylara gedən deyiləm ki, kiminsə yerini dar edim. Getsəm də, elə qiymətə gedərəm ki, hər adamın mənə əli çatmasın.
- Gözaltın var? Evlənmək istəmirsən?
- Gözaltım var. Dərdim böyükdü, deyə bilmirəm. Dəli olmağım, deyəsən, düzdür. Ancaq eşq dərdi məni havalandırıb.
- Dedin dəli olmusan, həm də eşq dəlisi. Kimdir bu xanım?
- Aşiq olmuşam. Dəli kimi. Hələ də sevgimi açıqlaya bilməmişəm. Bu qızın dərdindən dəli olmuşam.
- Kimdir bu xanım? Sənət aləmindəndir?
- Sənət aləmindən olmasa da, bu sahəyə yaxındı. Tanınmış teleaparıcıdır.
- Bəlkə adını açıqlayasan?
- Adını deyə bilmərəm. Yaxşı düşməz. O xanım mənim onu sevdiyimdən xəbərsizdi. Mən dəliyəm. Bunu etiraf edirəm. Ancaq eşq dəlisi olmuşam.
- Pul baxımından necə, çətinliyin var?
- Mənim pul, maddiyyat baxımından heç vaxt çətinliyim olmayıb. Pulum olub. O vaxtlar efirlə bağlı çətinliklərim yaranmışdı. Efirə qadağalar qoyulmuşdu. İndi belə bir problemin olacağına inanmıram. Şükür Allaha ki, imkanım, pulum var. Şükür Allaha ki, maddi baxımdan heç vaxt çətinliyim olmayıb. Sağ olsun prezidentimiz. Ailəmizə bir neçə ev verib. Öz şəxsi biznesim var. Sənət aləmində də düşmənim yoxdu. Mən belə düşünürəm. İndi kim məni sevmirsə, bu, onun öz şəxsi işidir. Ancaq mənimlə ciddi problemi olan sənətçi yoxdu. Mənim də heç kimlə işim yoxdu. Vuran vurub, çapan çapıb. Daha nə edərlər?
- Qayıdışında ud yanında olacaq?
- Udla qurtardım. Ud janrında mahnılar yoxdu. Artıq müasirləşirik. İndi hər şeyin ləzzəti gedib. Sənət aləmində məni dəstəkləyənlər də olub, sağ olsunlar. Axtaranlar da olub, axtarmayanlar da.
- Sonda onu da qeyd edək ki, deyirlər, Rəvan gündəmə gəlmək üçün dəlixanaya düşməyini şayiə olaraq özü yayıb.
- Mən belə qalmaqallara, şayiələrə ehtiyacı olan insan deyiləm. Mənim işim oxumaqdı. Mən tamaşaçılarımla görüşə gəlirəm. Yeni mahnılarım, layihələrim var. Belə ucuz reklamlara ehtiyacım yoxdu. Yenə də deyirəm. Mən kimisə dəlicəsinə sevə bilərəm. Bunu bir daha etiraf edirəm. Ancaq çox təəssüf ki, o insana əlim çatmır.
Tahirə Məmmədqızı
"Şərq" qəzeti
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Ruhi xəstəxanaya düşdüyü deyilən azərbaycanlı müğənni üzə çıxdı - MÜSAHİBƏ
2 Noyabr 2012 20:40
0 Şərh
Baxış: 9 915

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir hərəkətlə qarşı tərəfi inandırmağın asan yolu - Açıqlama
-
Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?
-
“Eşref Rüya” bu tarixdə yayımlanacaq
-
Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ - VİDEO
-
Həmidə Ömərova nənə oldu - FOTO
-
Mourinyo yenidən İngiltərə komandası çalışdıra bilər
-
Nadir bu məşhur həkimlə yaxın qohum imiş - VİDEO
-
Günün qoroskopu: Doğru yoldasınız. Sadəcə, davam edin
-
Yeni nazir mətbuat konfransı zamanı huşunu itirdi - VİDEO
-
Azərbaycanla oyundakı nəticəyə görə üzr istədi
-
Rusiyada zəlzələ oldu
-
Səhər belə oyanırsınızsa dərhal həkimə gedin - Terapevtdən açıqlama
-
6 aydır komada olan müəllim vəfat etdi - FOTO
-
Azərbaycan XİN Qətərə hücumdan narahatdır
-
Yerin yanından nəhəng asteroid keçəcək - NASA-dan xəbərdarlıq
-
Əməkdar artistin bloger qızı əri ilə - FOTO
-
Apple iPhone 17 Pro və Pro Max-ı təqdim etdi - QİYMƏT - VİDEO - FOTO
-
Azərbaycan millisinin baş məşqçisi: “İki gündür yatmamışam”
-
Apple Watch Ultra 3 modelini təqdim edib - FOTO
-
Ayağını pəncərədən çıxararaq maşın sürdü - tədbir görüldü - YENİLƏNİB - VİDEO
-
"Apple" şirkəti "iPhone 16" modellərinin qiymətlni açıqladı
-
Apple iPhone 17-ni təqdim etdi: Yeni “Center Stage” ön kamera ilə - FOTO
-
Apple iPhone Air – ən incə iPhone təqdim olundu - FOTO
-
Yas mərasimləri neçəyə başa gəlir?