Bu xanım həm dünyagörüşü, həm xarici görünüşü ilə fərqlənir. Bu mövzuda danışmağı çox sevməsə də, arada məhdudiyyəti qırır. Bu dəfə o, teatr, televiziya səhnəsindəki çıxışlarından deyil, Publika.Az-a özəl tərəflərindən danışdı.
Öncə ondan başlayaq ki, Mələk ildə bir neçə dəfə müxtəlif ölkələri dolaşır. Romantik xanımın fotolarından da göründüyü kimi maraqlı səfərləri olur:
"Getdiyim hər yeni ölkə yeni nəfəs, yeni duyğular, yeni estetika deməkdir. Görünüşcə, sadə geyinən bir xanımam, amma qarderob təzələməyə çox enerji sərf edirəm. Sadəliyin içində də yaraşanı axtarıram.
Çox seçiciyəm. Amma alış-veriş heç vaxt səfərlərimin əsası ola bilməz. Bir də xarici ölkəyə getməyim həm yaxınlarımla, rəfiqələrimlə, bəzən də tək ola bilir. Səfərlərdə ancaq dincəlirəm.
İsti ölkələrdə dəniz qırağında dincəlməyi çox sevirəm. Bəzən tanıdıqlarımdan uzaqda olmağı, tək qalıb, düşünməyi, çox sevirəm. Bol enerji toplayıram".
Diqqət çəkən aktrisa xanımla həmkarları və Hollivud ulduzlarının müqayisəsindən danışdıq. O, dünya məşhurlarından fərqli olaraq, bizim aktrisaların əlçatan olduqlarını bildirdi. Qeyd edək ki, artıq çəki, baxımsızlıq da xanım aktrisaları ideal qadın görünüşündən çıxaran amildir.
Bu baxımdan efirdə, teatr səhnəsində artıq çəkisi ilə kompleks yaşayan aktirsalarımız az deyil.
"Məncə, hər şeyin doğru dərəcəsini tapmaq lazımdır. Mən formda qalmağımda ən çox genetik quruluşuma borcluyam.
Valideynlərim kök olmayıb. İkisi də incə sümüklü və incə quruluşa malikdirlər. Bu səbəbdən də mənim bu günə qədər estetik cərrahiyəyə ehtiyacım olmayıb. Ən əsası qidalanmağıma diqqət edirəm. Formada qalmağın ən doğru yolu süfrədən yarı tox qalxmaqdır. Çox vaxt buna əməl edirəm" - deyən aktirsa gecə saatlarında gözünü soyuducudan çəkməyənlərin artıq çəki problemi yaşadığını sözünə əlavə etdi.
Aktrisa sərt pəhrizin tərəfdarı deyil. O, itirilən kiloların pəhrizdən sonra çox vaxt asanlıqla geri qayıtmasından ehtiyat edir. Abbaszadə pəhrizdən daha çox, üzməyə və gəzməyə üstunluk verir.
"Səyahətlərdə olanda gəzintiyə çox üstunluk verirəm. Buna görə də, səyahətdən hər dönəndə iki kiloya kimi arıqlaya bilirəm. Üzmək bədəni gözəl edir. Yayın duzlu suyu vücudumuzun ən yaxşı heykəl traşı ola bilər. Söhbət gündə ən azı 1 km üzməkdən gedir" - deyə Mələk Abbaszadə bildirdi.
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı aktrisa gözəl bədən quruluşundan danışdı - FOTO
12 Oktyabr 2012 20:03
0 Şərh
Baxış: 3 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xalq artisti olan xanəndə TANINMAZ HALDA - FOTOlar
-
Kilosu 20 qəpikdir, yenə də satılmır
-
Bakıda vəfat edən tələbə bu ixtisas üzrə təhsil alırmış
-
Tez-tez kolbasa, sosiska yeyən uşaqlarda hansı xəstəliklər yaranır? - VİDEO
-
Bakıya kameralı işıqforlar quraşdırıldı - Tıxaca nəzarət edəcək - VİDEO
-
Müəllimin sinif otağında ölməsinin təfərrüatı... - VİDEO
-
13 ərazidə işıq olmayacaq
-
Tanınmış aparıcı da saxlanıldı
-
“Mask narkotikin təsiri altında paylaşım edir”
-
Dövlət qurumlarında olan işlərin həllini vəd edirdi, həbs olundu
-
Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi
-
"İnter" Suareslə bağlı qərarını verdi
-
AZAL səyahət rahatlığını artırır: sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər
-
Tramp xalqa müraciət etdi
-
Bu da Aytən Səfərovanın qızı - FOTO
-
Tanınmış futbolçunu yolda güllələdilər - Vəziyyəti ağırdır - FOTO
-
"ChatGPT"də düzəltdiyi sevgilisi ilə evləndi - FOTO
-
Salyanda ağır qəza - Ölən və yaralananlar var
-
Çox adam bilmədən edir, amma min manatdan çox xərci var - VİDEO
-
Nadir Hüseynovun maşını dayanacağa çırpılıbmış - Hadisənin TƏFƏRRÜATI
-
Məşhur türk müğənniyə qan xərçəngi diaqnozu qoyuldu - FOTO
-
Yusif az qala, Şəkinin yarısını alıbmış... - Evlər, obyektlər, maşınlar...
-
Sərhədləri aşan baxış: Türkiyə kəşfiyyat qaydalarını yenidən yazır
-
Aleyna Tilki və başqa 3 məşhur saxlanıldı - Yusuf Güney axtarışdadır - FOTO










