Şou-biznes

“Kavak yelleri”nin Denizi illər sonra ekranlara qayıtdı - (Foto)

8 Oktyabr 2026 03:03
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin məşhur "Kavak yelleri" serialında Deniz obrazı ilə yaddaşlarda qalan İbrahim Kendirci uzun zaman sonra yenidən ekranlara qayıdıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kendirci "Anne yarısı" serialının heyətinə qoşulub.

40 yaşlı aktyor ekran işində Burcu Özberkin canlandırdığı Zeynepin çalışdığı məktəbin yeni direktoru Emin obrazına həyat verir. Personaj son bölümdə ilk dəfə tamaşaçı qarşısına çıxıb.

Qeyd edək ki, İbrahim Kendirci 2007-2011-ci illərdə yayımlanan "Kavak yelleri" serialında canlandırdığı Deniz obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdı. O, daha sonra "2 Yaka Bir İsmail", "Sevdaluk", "Payitaht: Abdülhamid", "Darısı başımıza" və "Nöbet" kimi müxtəlif layihələrdə rol alıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.