Müğənnilikdən kuryerliyə - Unudulan Fərid Məmmədov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2013. Cəmi 5 ildir, "Avroviziya"da iştirak edən Azərbaycan 1 alibiyyət qazanmaqla, 4 dəfə ilk 10-luğa düşməyi bacarıb. 2012-ci ildə Eldar və Nigarın qazandığı qalibiyyətə baxmayaraq, hər il ilk sıralarda qərarlaşmağı qarşısına hədəf qoyan Azərbaycan həmin il bu adla yarışa qatılır - Fərid Məmmədov.
Milli.Az "Unudulan sənətkarlar" rubrikasının növbəti müğənnisi Fərid Məmmədovdur.
Aybəniz Haşımova məktəbi, "Avroviziya"da Azərbaycan rekordu
O, 30 avqust 1991-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada alan Fərid uşaq yaşlarından musiqiyə böyük həvəs göstərib. O, ilk musiqi təhsilini Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano sinfində alıb. Müəlliməsi, əməkdar artist Aybəniz Haşımovanın musiqi biliklərini mənimsəyən Fərid peşəkar səhnəyə də erkən atılır. 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən sayca 58-ci "Avroviziya" Mahnı Müsabiqəsində ölkəmizin təmsilçiliyi Fəridə həvalə edilir. Maraqlı və qeyri-adi səhnə şousunun fonunda Hold me" mahnısını səsləndirən ifaçı Azərbaycana ikincilik qazandırır. O, ikinciliklə həm də ölkəmizin yarışmada ən çox xalını qazanır - 234.
Müğənnilikdən kuryerliyə
Lakin sonrakı illərdə onu ekranlarda, səhnədə görmək olmur. ABŞ-a köçən müğənni sənətdən də uzaqlaşır. Onun haqqında deyilən və öz tərəfindən inkar edilməyən bir iddiaya əsasən, Fərid sözügedən ölkədə kuryer olaraq çalışıb. Müğənni 2016-cı ilin yazında bu ölkədə Nigar adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən isə bir oğlu var. O, toy mərasimini də bütün media üçün bağlı ediv və toyda yalnız yaxın ailə üzvlərinin iştirakına icazə verilib.
Azsaylı mahnıları və tarixə düşən konsert
"Gəl yanıma" (2012), "İnan" (2012), "Hold Me" (2013), ALL I ask" (2024) isə onun karyerası ərzində səsləndirdiyi azsaylı mahnılardandır. O, 2019-cu ildə Türkiyədə amerikalı müğənni Della Miles ilə konsert verib. Bu da onu kifayət qədər populyarlaşdırıb. Lakin o, yenidən sənətdən uzaqlaşmağı seçib. Qeyd edək ki, müğənni sosial şəbəkə hesabında daha çox idmanla və gəzintiləri ilə bağlı görüntülərini paylaşır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli
-
İlon Mask yenidən trilyoner oldu
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!





