Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktrisası Sinem Kobal paxtaxt Bakının qonağı olub.
Milli.Az xəbər verir ki, şəhərimizə gəlmədən öncə o, Türkiyədə həyat yoldaşı, tanınmış aktyor Kenan İmirzalıoğlu ilə birlikdə iştirak etdiyi tədbirdə diqqət mərkəzinə düşüb.
Məlumata görə, gecə boyunca kameralara yansıyan görüntülərdə Sinem Kobalın üz mimikaları və jestləri sosial şəbəkələrdə geniş müzakirə olunub. Aktrisanın xüsusilə Kenan İmirzalıoğlu ilə salamlaşan bir kişi ilə bağlı reaksiyası izləyicilərin marağına səbəb olub.
Kadrlarda Sinemin həmin şəxsə baxışı, ardından göstərdiyi qeyri-adi mimikalar sosial mediada "Sinemin jestləri nə demək idi?", "Tədbirin ən maraqlı anı" kimi şərhlərə yol açıb.
Sosial şəbəkələrdə həmin anlar gündəmin ən çox paylaşılan videolarından birinə çevrilib.
Musa
Milli.Az





