Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı müğənni: "Mahnılarımı oxuyanların əksəriyyəti keçəldir" - FOTO
18 İyul 2012 13:35
0 Şərh
Baxış: 2 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aydınçik ləqəbi ilə tanınan, müğənni Aydın Vəliyevin Publika.Az-a müsahibəsi.
- Yaradıcılıq işlərinizdə uzunmüddətli fasilələr yaranır, demək olar ki, efirlərdə görünmürsünüz. Bunun səbəbi nədir?
- Televiziya verilişlərinə az-az çağırırlar deyə, az da görünürəm. Daha çox internet televiziyalarına dəvət alıram. Ümumiyyətlə, xalqın içində oluram. Xalq məni yaxşı tanıyır. Vaxt var idi, mən də populyar idim. Amma o vaxtlar televiziya studiyalarının nəinki pavilyonlarına buraxmırdılar, heç qapılarının ağzından içəri salmırdılar. İndi də xalqın içindəyəm. Düzdür, demokratiya olsa da, sovet zamanında ifa etdiyim mahnılar bu gün də dinlənilir. Hətta məmurlar arasında yaradıcılığıma maraq göstərənlər də var.
- Aydınçikin ifa etdiyi mahnılar hansı janrdadır?
- Şanson janrında olan mahnılardır. Amma bu cür mahnılara məhəllə, "blatnoy" mahnıları da deyirlər. Məhəllədə, evdə oxumuşam. Hər yerdə də mahnılarımı şanson adlandırdıqları üçün mən də şanson deyirəm.
- Daha çox hansı müğənnilərin mahnılarını dinləyirsiniz?
- Uşaq yaşlarımdan bu günə qədər Rusiyanın "blatnoy" mahnılarını dinləmişəm. 26 saylı musiqi təmayüllü orta məktəbdə (hazırda Bülbül adına orta musiqi məktəbi) təhsil alırdım. Sinif yoldaşlarımla o zaman dəbdə olan rus mahnılarını dinləyirdik. Gənc yaşlarımdan musiqiyə maraq göstərmişəm. Bundan başqa, qanımda, canımda musiqi ab-havası var. Ana tərəfim Qarabağlı, ata tərəfim isə Bakının Novxanı kəndindəndir. Bakılılar sözə, şeiriyyata, qarabağlılar isə musiqiyə, muğama önəm verirlər. Bəlkə, elə valideynlərimdən mənə keçib.
- "Dolya vorovoskaya" mahnısının ilk ifaçısının Aydınçik olduğu iddia olunur...
- Həmin mahnını Krasnovodskda türkmən balası Atarikdən eşitmişdim. Dəqiq bilirəm ki, bu mahnının müəllifi həmin şəxsdir. Daha sonra da mahnını Bakıda ifa etdim, gözlənilmədən tanındım.
- Rep ifaçılarına münasibətiniz necədir?
- Rep ifaçılarını məndən soruşmayın, hamısını pisləyəcəyəm. Onlar başdan-ayağa məni qane etmirlər. Ritmə düşə bilmirlər. Ritmdə nə qədər söz yığıntısı olar? Bəzilərinin sözləri mənalıdır. Rep şeiriyyata uyğun deyil. Bu, mənim ən ağrılı yerimdir. Sadəcə olaraq, onlara onu deyə bilərəm ki, ifalarında, sözlərində diqqətli olsunlar. Bəzən mənə də deyirlər ki, Aydın, sən filan mahnıda filan sözü düzgün səsləndirmədin. Mən bu yaşımda səhvimi düzəldirəm. Onlar da özlərindən böyüklərin sözünü dinləsələr, yaxşı olar. Rep çıxan kimi hamı başladı rep ifa etməyə. Elə meyxana deyənlər kimi... (gülür) Bədahətən deyən repçilərdən yalnız Uranı bəyənirəm. O da az-çox nə isə oxuyur. Ümumiyyətlə, bu janr heç xoşuma gəlmir.
- Mahnılarınızda şeiri özünüz yazırısınız, yoxsa şairlərin şeirlərinə müraciət edirsiniz?
- Qəzəl ustası Əlağa Vahidin pərəstişkarı olmuşam. Mahnılarımda Vahidin qəzəllərindən istifadə etmişəm. Həmin mahnılar da kütləviləşib. Çox dinlənilib. Şairlərin də, özümün də şeirlərimə mahnı bəstələyirəm. Amma başqa şairlərin şeirlərinin seçimini özüm edirəm.
- Müğənnilər Eyyub Yaqubov, Arzu Rzayev, Elariz Məmmədoğlu, Nazim "Faytonçu" və başqaları sizin mahnılarınızı toylarda oxuyurlar. Bunun üçün sizdən halallıq alıblar?
- Mahnılarımı oxuyanların əksəriyyəti keçəldir. Elə keçəllər üçün də rus dilində mahnı oxumuşam. Əvvəl özbaşına mahnılarımı oxuyurdular. Onları qınayırdım. Sonra yanıma gəlib bir az könlümü aldılar (gülür).
- Könlünüzü neçəyə aldılar?
- Hər neçəyəsə... (gülür). O vaxtın pulu ilə pis deyildi. Sonradan onları başlı-başına buraxdım.
- Azərbaycanda şou-biznesin 1988-ci ildə yaranmasını deyən müğənnilər var ki, bu gün onlar şou-biznesdə at oynadırlar. Sizcə, onlar fikirlərində haqlıdırlarmı?
- Yəni demək istəyirlər ki, şou-biznesi onlar yaradıb? Axı elə deyil. Əvvəllər şou-biznes toylardan ibarət olub. Toylarda şou göstərirdik. Düzdür, bugünkü kimi olmasa da, hər halda şou da, biznes də vardı. Televiziyalar xeyirlərini şou-biznesdən götürür. Ona görə bütün günü həmin müğənniləri təbliğ edirlər. Azərbaycanda şou-biznesi mən yaratmamışam. Şou-biznes camaatdan pul qırmaqdır.
- Sovet dövründə məşhurlaşmağınıza səbəb demokratiyanı təbliğ etməyiniz olub?
- Azadfikirli mahnılar oxuyurdum. Mənə görə, səsyazma studiyalarını bağlayırdılar. Əvvəllər məni Bədii Şuraya çağırırdılar. O vaxtlar Yalçın Rzayevi də Bədii Şuraya çağırmışdılar ki, toylarda türk mahnılarını az oxusun. Teymur əmini, səsləndirdiyi "pul" qəzəlinə görə qınamışdılar. Məmmədbağır Bağırzadəni tənqid edirdilər. Tənqidçilər arasında qazaxlı şair Nüsrət Kəsəmənli də var idi. Allah rəhmət eləsin!
- O vaxtlar sovet hakimiyyətinin tətbiq etdiyi senzura vardı. Amma indi demokratik ölkə olsaq da, Aydınçiki efirlərdə görmürük...
- Xalqımızın içərisində hələ də sovet ideologiyasında olan insanlar var. Yaltaqlıq, ikiüzlülük və bəzi xoşagəlməz xüsusiyyətlər var. Bəlkə 10-15 ildən sonra nə isə dəyişilər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" - (Video)
-
Məşhur türk serialının aktrisası: "Şükürlər olsun ki, ərim mənə xəyanət edib" - (Video)
-
"3 il olacaq, hələ də gözümüzün yaşı axır"
-
Azərbaycanda tanınmış musiqiçi qəzada öldü
-
Ronaldo meydanda tər tökür, görün Corcina nə edir... - (Fotolar)
-
"Yeşilçam"ın aktrisası vəfat etdi
XƏBƏR LENTİ
-
Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk
-
Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər
-
Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib
-
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
-
Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq
-
Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib
-
İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır
-
Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var
-
Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir
-
İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür
-
Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır
-
Prezident: Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk
-
İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik
-
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər
-
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
-
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub (Foto)
-
“Ağalarına itaət etməsələr, İran onlara dərs verəcək”
-
Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi
-
Edin Dzeko bir işarəsi ilə bütün komandanı susdurdu (Video)
-
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq
-
Gürcüstanda azərbaycanlı qız öldürüldü - (Foto)
-
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - (Foto)
-
"Liverpul" yeni transfer etdi
-
Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi