Məşhur aktrisa həmcinsi ilə evləndi - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Alatoranlıq" (Twilight) film seriyasında Bella rolu ilə tanınan amerikalı aktrisa Kristen Stewart rəsmi olaraq sevgilisi, ssenarist Dylan Meyer ilə evlənib.
Milli.Az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Toy mərasimi 2025-ci il aprelin 20-də, bazar günü Los-Ancelesdə baş tutub. Mənbələrin bildirdiyinə görə, sadə və səmimi şəkildə keçirilən mərasim Stewartın şəxsi evində, yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə gerçəkləşib.
Mərasimdə iştirak edən tanınmış qonaqlar arasında aktrisa Ashley Benson və onun həyat yoldaşı, sahibkar Brandon Davis da olub. Toydan əvvəl cütlük məhkəməyə müraciət edərək rəsmi nikah şəhadətnaməsi əldə edib.
Qeyd edək ki, aktrisanın rəsmi nümayəndəsi hələlik bu barədə hər hansı bir açıqlama verməyib. Toydan ilk foto isə "X" sosial platformasında yayılıb.
.jpg)
Dylan Meyer haqqında nə bilirik?
Dylan Meyer 1986-cı il dekabrın 4-də Los-Ancelesdə anadan olub. O, məşhur ssenarist və rejissor Nicholas Meyerin qızıdır. Nicholas "Star Trek" layihələrindəki işləri ilə tanınır və 1977-ci ildə "The Seven-Per-Cent Solution" filmi ilə "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasında Oskar mükafatına namizəd göstərilib.
Dylan da atasının yolunu davam etdirərək ssenarist olub. Bununla yanaşı, o, bir neçə qısa filmdə aktrisa kimi də çıxış edib. Onun ekran qarşısında ilk rolu 2011-ci ildə çəkilmiş "The Death and Return of Superman" adlı qısa film olub.
2015-ci ildə Dylan ilk ssenarisini yazaraq "Loose Ends" adlı 23 dəqiqəlik filmi ərsəyə gətirib. 2016-cı ildə isə "Netflix" üçün çəkilmiş "XOXO" layihəsində rejissor Christopher Louie ilə birgə çalışıb.
O, "Miss 2059" serialı üçün 8 epizod yazıb və sonrasında "Rock Bottom" qısa filmində çalışıb. 2021-ci ildə Dylan "Netflix" platformasında yayımlanan "Moxie" adlı musiqili filmin ssenarisini yazıb.
Maraqlı fakt: Kristen və Dylan ilk dəfə 2019-cu ildə münasibətlərini ictimaiyyətə açıqlayıblar. Cütlük bir neçə ildir birlikdədir və münasibətlərini açıq şəkildə paylaşmaqdan çəkinmirlər.
Leyla
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
XƏBƏR LENTİ
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq





