Şou-biznes

Danladan onu döyən keçmiş sevgilisi ilə bağlı - AÇIQLAMA

12 Aprel 2025 17:13
Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur influenseri Danla Biliç keçmiş sevgilisi tərəfindən şiddətə məruz qaldığını etiraf edib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda açıqlama yayıb. Danla aylardır izlənildiyini və zorakılığa məruz qaldığını açıqlayıb:

"Yanvar ayında bitən münasibətimdən sonra keçmiş sevgilim Berk Çetin tərəfindən sistemli şəkildə israrlı təqibə, təcavüzə və zorakılığa məruz qalıram. Çetin yaşayış sahəmə icazəsiz yaxınlaşmış, evimə girməyə cəhd etmiş və mühafizə tədbirlərini aşaraq müəyyən aralıqlarla izinsiz şəkildə evimə daxil olub. Bəzən qapımı zorlamış, kuryer adı ilə yaşayış kompleksinə daxil olub, məni izləyərək fiziki təhlükəsizliyimi təhdid edən hərəkətlər edib. Şəxsi sürücüm ilə hərəkətdə olduğum avtomobilimizi təqib edib, məni qorumaq üçün müdaxilə edən sürücümə fiziki hücum edib və təhdid dolu mesajlar göndərib. Eyni zamanda, ev ünvanını taparaq ora gedib və özünü də dəfələrlə təqib edib, təhdid edib.

Bu təhdid və təcavüz nəticəsində məhkəmədən uzaqlaşdırma qərarı çıxartmağıma baxmayaraq, Çetin qanunu 5 dəfə pozaraq, özündən uzaqlaşmaq üçün üzvü olduğum Atlı İdman Klubunun daxilində yerləşən restoranda mənə fiziki hücum edib. O, olduğum yerləri öyrənərək məni narahat etməyə davam edib, yenidən qanunu pozaraq iş yerimə və daha sonra evimə gəlib.

Bütün bu hərəkətlərə qarşılıq olaraq, kamera görüntüləri ilə birlikdə vəkillərim vasitəsilə prokurorluğa müraciət edərək daha ciddi tədbirlərin görülməsini tələb etmişəm. Bu gün - 11.04.2025 tarixində yenidən Berk Çetin tərəfindən üzvü olduğum idman klubunun içərisində yerləşən restoranda, təhlükəsizlik kameralarının baxış bucağı daxilində açıq və ağır şəkildə yumruqlanaraq fiziki zorakılığa məruz qaldım. Şişli Hamidiye Etfal Tədris və Araşdırma Xəstəxanasından aldığım zorakılığı təsdiq edən sənədlə birlikdə yenidən Ailə Daxili Şiddət Bürosuna müraciət etdim.

Hüquqi prosesin səmərəli şəkildə irəliləməsini və təhlükəsizliyimin təmin edilməsini gözləyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.