Şou-biznes

"Teymur Əmrah kimi acından ölmək istəmirəm"

26 Mart 2025 17:55
Baxış: 1 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Kərim Abasov "Tarixin bir günü" verilişində qonaq olub.

Milli.Az xəbər verir ki, ifaçı oxuduğu mahnıları qınayanlara səslənib. O, pul qazanmaq üçün mahnı oxuduğunu vurğulayıb:

"Estrada janrında mahnıya uzağı yarım saat qulaq asa bilərəm. Toya gedirəm və milli musiqilərimizi oynamaq istəyirəm. Evdə Manaf Ağayevin, Əflatun Qubadovun mahnılarını eşidəndə oynayıram. Söhbət o deyil ki, mən estrada oxuyuramsa, əjdahayam, sən oxumursansa, yox. Elə deyil, o səndən də əjdahadır. Mən sənətkar olub evdə acından ölmək istəmirəm. Mən Teymur Əmrah (Əməkdar artist - red.) kimi sənətkar olmaq istəmirəm. "Sənətkaram" deyib, hər şeydən uzaqlaşırsan, özünə qadağalar qoyursan. Mən bu gün əla dolanmaq, yaxşı yaşamaq istəyirəm. "Mən sənətkaram" deyib, qıraqda acından ölmək istəmirəm. Kim istəyir məndən incisin, özü bilər"./axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.