Şou-biznes

Meyiti 10 gün sonra evində TAPILDI

6 Mart 2025 09:29
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı aktyor Aleksandr Milokosti vəfat edib.

Milli.Az xəbər verir ki, aktyorun cəsədi 10 gün sonra Moskvada mənzilində tapılıb.

Milokosti barəsində bir gün əvvəl polisə itkin düşməsi ilə bağlı məlumat daxil olub. Onun mənzilinə baxış keçirildiyi zaman meyiti orada aşkar edilib. Bildirilib ki, aktyor 10 gün əvvəl vəfat edib. Meyitdə heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Qeyd edək ki, Milokosti 1956-cı il sentyabrın 8-də Moskvada anadan olub. O, "Zati-alilərinin adyutantı" filmindəki rolu ilə məşhurlaşıb. /Axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.