Şou-biznes

“Aygünü təbrik etməmişəm, doğum gününə də çağırmamışdı”

24 Fevral 2025 19:23
Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Namiq Qaraçuxurlu duet ortağı Xalq artisti Aygün Kazımova ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az bildirir ki, bu açıqlamanı meyxanaçı "Afaqla 10lar" verilişində edib.

Qaraçuxurlu bildirib ki, Kazımovanı doğum günü münasibəti ilə təbrik etməyib:

"Mən Azərbaycanda demək olar ki, olmuram. Dünən Bakıya gəlmişəm. İki gündən sonra yenə başqa ölkəyə uçuram. Xeyr, Aygün xanımı ad günü münasibəti ilə təbrik etməmişəm, çünki açığı desəm onu bu ərəfələrdə görməmişəm. Görsəm təbrik edərəm. Onu şəxsən mən təbrik etməmişəm".

"Sizi Aygün Kazımova doğum günü məclisinə çağırmışdı?" sualına Namiq "Xeyr, çağırmamışdı" qısa cavab verib.

Meyxanaçı bildirib ki, Xalq artisti ilə növbəti duet layihəsini yaxın zamanda dinləyicilərin ixtiyarına verəcəklər:

"Bizim yeni duet layihəmiz biraz yubanır. Amma yaxın zamanda onu təqdim edəcəyik. Mütləq olacaq". /olay.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.