Şou-biznes

Aydan Şener ən böyük peşmanlığını açıqladı

16 Fevral 2025 23:48
Baxış: 1 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son olaraq "Sandık Kokusu" serialında çəkilən türkiyəli tanınmış aktrisa Aydan Şener qonaq olduğu Sibel Arnanın "YouTube" proqramında səmimi açıqlamaları ilə yadda qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ekran ulduzu həyatındakı ən böyük peşmanlığını da ilk dəfə olaraq açıqlayıb.

1986-cı ildə ekranlara çıxan "Çalıkuşu" serialından sonra Şener ona müğənniliklə bağlı çox sayda təkliflər gəldiyini, lakin bu təklifləri qəbul etmədiyini dilə gətirib.

"Çox təklif gəldi. İfaçılıq mənə uyğun bir şey deyil. Kazino mühiti, masaya gələnlər, gedənlər. İçkili mühit... Oradan biri mənə sataşar, belə olar, elə olar deyə düşünərək bu təklifləri qəbul etmədim. Möhtəşəm bir səsim də yoxdur, amma oxuya bilərdim, edə bilərdim. Səhnəyə də yaraşacağımı düşünürəm. O zaman mən aktrisayam, etməyəcəyəm deyə düşündüm. Amma indi geriyə baxanda bəlkə daha çox işlər görə, bəlkə bir kaset çıxara bilərdim o dövrdə", - deyə bildirib.

Şener Arna'nın "Kaş bir cəhd etsəydim deyirsinizmi?" sualına "Bəli deyirəm" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.