Müğənni Ramal İsrafilovun qardaşı Vüsal İsrafilov uzun müddətdir səhnədən uzaqlaşan bibisi oğlu Mirkamil Kamilovdan danışıb.
Milli.Az xəbər verir ki, o, "Günaydın, Azərbaycan!" verilişində onun harada olması ilə bağlı sualları cavablandırıb:
"Yazırlar ki, Mirkamilə paxıllıq edirsiniz. Bizim canımız, qanımız, bibimizin oğludur. Ona necə paxıllıq edək? İnsan nə edirsə özünə edir. Mirkamil daşı ətəyindən töksün efirə çıxsın. Hətta Ramal ona deyir ki, mahnılarımdan verim, yenisini yazım. Bir babanın nəvələriyik".
"Allah ona nur verib, yaraşıqlıdır. Hər baxımdan yaxşıdır: ürəyi də, ciyəri də. Sadəcə, gəlsin. Verilişə çıxsın, düşmənlərimiz çoxdur" deyə, Ramal əlavə edib.
Qeyd edək ki, Mirkamil Xalq artisti Mələkxanım Eyubovanın bacısı oğludur. Mirkamil son illərdir səhnədən uzaqlaşıb, sosial şəbəkə hesablarını silib. O, heç bir proqrama çıxmır.
M.Kamilov 2014-cü ildə ürəyindən əməliyyat olunub. Sənətçi 2018-2019-cu illərdə sosial şəbəkədəki qəribə paylaşımları ilə gündəmə gəlmişdi. Mirkamil hətta açıqlamalarından birində narkotikə qurşandığını demişdi. /Axşam.az
Milli.Az