"Kalmar oyunu" serialının ("Squid Game") aktrisası Li Cu-sil 81 yaşında vəfat edib.
Cənubi Koreyanın The Chosun Ilbo qəzeti xəbər verir ki, Li Cu-sil bazar günü Uijeongbu şəhərindəki ailə evində dünyasını dəyişib.
Məlumata görə, aktrisaya noyabr 2024-cü ildə mədə xərçəngi diaqnozu qoyulub.
Li Cu-sil daha əvvəl 50 yaşlarında 3-cü mərhələ süd vəzi xərçənginə tutulmuş və həkimlər ona bir ildən az ömür qaldığını bildirmişdi. Lakin 13 il sonra tam sağaldığı açıqlanmışdı.
Lalə Qüdrətova
Milli.Az