"Kalmar oyunu" serialının aktrisası vəfat etdi - FOTO

2 Fevral 2025 22:08

"Kalmar oyunu" serialının ("Squid Game") aktrisası Li Cu-sil 81 yaşında vəfat edib.

Cənubi Koreyanın The Chosun Ilbo qəzeti xəbər verir ki, Li Cu-sil bazar günü Uijeongbu şəhərindəki ailə evində dünyasını dəyişib.

Məlumata görə, aktrisaya noyabr 2024-cü ildə mədə xərçəngi diaqnozu qoyulub.

Li Cu-sil daha əvvəl 50 yaşlarında 3-cü mərhələ süd vəzi xərçənginə tutulmuş və həkimlər ona bir ildən az ömür qaldığını bildirmişdi. Lakin 13 il sonra tam sağaldığı açıqlanmışdı.

Lalə Qüdrətova
Milli.Az