Şou-biznes

17 illik ailələri belə DAĞILDI - FOTO

17 Yanvar 2025 20:24
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Cessika Alba prodüser həyat yoldaşı Keş Uorrenlə 17 illik evlilik həyatından sonra ayrılmağa qərar verib. 

Milli.Az bildirir ki, aktrisa bu barədə instaqramda post paylaşaraq yayılan ayrılıq xəbərlərini şəxsən təsdiqləyib. Hollivudun ən sarsılmaz cütlüyü kimi tanınan ulduzların yollarını ayırmaları hər kəsi şoka salıb.

"Mən illərdir ki, özünü dərketmə və transformasiya yolundayam - həm individual, həm də Keş ilə birlikdə. Son 20 il ərzində həm cütlük kimi, həm də evlilik həyatında necə böyüdüyümüzlə qürur duyuram. İndi böyüməyin və fərd olaraq təkamülün yeni mərhələsinə daxil olmaq vaxtıdır. 

Biz bir-birimizə sevgi, mehribanlıq və hörmət hissiylə irəliləyirik və əbədi olaraq bir ailə olaraq qalacağıq. Uşaqlarımız əsas prioritetimiz olaraq qalır və biz indiki zamanda məxfilik tələb edirik", - Alba yekunda əlavə edib. 

Səssiz qalmağı seçən məşhur prodüser Keş Uorren isə ayrılıq barədə heç bir şərh verməyib.

43 yaşlı Alba və 45 yaşlı Uorren 2004-cü ildə "Fantastic Four"un çəkiliş meydançasında tanış olublar. Onlar 2008-ci ilin mayında evləniblər və üç övladı var. /Olay.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.