“Avroviziyadan sonra toyda necə oxuyarsan?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Ayaz Babayev sənət fəaliyyətindən, planlarından və dostlarından danışıb.
Rəqabətdən söz açan Ayaz deyib ki, sənətə yeni başlayan həmkarlarına dəstək olur:
"Hamıya qucaq açan sənətçiyəm. Hamını paylaşıram, kompleksim yoxdur. Mənə qarşı nifrəti olan sənətçiləri blok etmişəm. Həm sosial şəbəkələrdə, həm real həyatda. Qarşı-qarşıya gələndə salam versə, almaram. Çünki zamanında çox "quyumu qazıblar". Lakin özüm çox rahatam, kim gəlir xoş gəlir. Uzağı o yaxşı mahnı yayımlayacaq, mən ondan da yaxşısını yayımlayacağam. Şou-biznesdən uzağam, tək-tük dostum olar ya yox".
A. Babayev həmçinin blogerlərlə dostluğundan bəhs edib:
"İnfluenserlərlə dostluğum 10 ilə yaxındır. Əksəriyyəti onda influenser, bloger deyildi. Mənim sənətdən demək olar dostum yoxdur, hamısı real həyatda yaranan dostluqdur. Mənim münqaisbətlərimi kiməsə görə yaşamıram. Kimin xoşuna gəlmirsə, məndən uzaq gəz".
"Avroviziya"dan danışan Ayaz deyib ki, özünü orada görmür:
"Özümü orada görmürəm. Ona görə yox ki, orada meqa, ultra nəsə lazımdır. Yox. Məsələn, Patrisiya Kaas 80 yaşında getmişdi. Mən ortadayam, sevənlər qədər, sevməyənlər də var. Ora gedib uğurlu nəticə göstərsəm, "wow" bir şey olacaq. Amma pis nəticə olsa... Məsələn, Elnur Hüseynov ikinci dəfə gedəndə layiq olduğu yeri tutmadı. Mən gedib ordan aşağı yer tutsam, deyəcəklər, biz demişdik də, bu müğənni deyildi. O riskə girmirəm. Fikir verirsinizsə, dünyada öz sözünü demiş ulduzlar Avroviziyaya getmir. Məsələn, Tarkan. Demirəm, Tarkanam. Tarkanı Türkiyə illərlə göndərmək istədi, getmədi. Demirəm ki, getsəm, 1-ci yer tutaram, məndən qat-qat istedadlı insanlar var. Özümü orada görmürəm, bugünkü populyarlığımı riskə atmaq istəmirəm. Mən "Altın Kelebek" mükafatlandırma mərasimindən sonra Azərbaycanda heç bir ödül gecəsinə getmirəm. Getdim, işığı, tüstüsü, adam eyforiyaya düşür. Deyirlər, Avroviziyadan gələn insanlar fəaliyyət göstərmir, onları yaxşı başa düşürəm. Gedirsən, orada xoşbəxtlik gəlir sənə ki, bu nə səhnədir... Sonra Azərbaycanda ödül gecəsinə gedirsən ki, sənə qədər 40 kosmetoloqa ödül verilir, sonra bir müğənniyə. Ona görə Azərbaycanda ödül gecəsinə getmirəm, Düşünürəm ki, Avroviziyaya getsəm... Gedirsən, bütün Avropanın qarşısında çıxış edirsən, sabah toyda necə oxuya bilərsən? Heç kim sənə heç nə deməz. Amma özün düşünürsən ki, ora ilə bura... Bu gün get-gəldə qalmaq istəmərəm".
Yusuf Güney, İrem Derici kimi türk müğənnilərlər dostluğundan danışan Ayaz deyib ki, Türkiyə şou-biznesinə daxil olmaq istəməz:
"Türkiyənin indiki vəziyyətinə nəzər salanda konsertlər təxirə salınır. Düşünmürəm ki, orada qalım. Orada işçi görüb burada qiymətimi qaldırmaqdır məqsəd, o şou-biznesə girmək deyil. Orada nüfuz çoxdur, çox artist var. Bir il layihə təqdim etməsən, unudulursan. Bizim millət o qədər vəfalıdır ki, baxırsan kimsə 30 il əvvəl hit oxuyub, bu gün də o mahnısı ilə konsertlərə məclislərə gedir. Karyeramı burada davam edirəm. Gələcəkdə ola bilsin ki, karyeramı sonlandırıb, xaricdə həyatıma davam edim". (olay)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
XƏBƏR LENTİ
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir





