Şou-biznes

Saxlanılan "Tiktok"er Fatimə barədə qərar verildi

10 Yanvar 2025 17:50
Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tiktok əməliyyatı zamanı saxlanılan Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb. 

Milli.Az bildirir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib. 

Belə ki, təqsirləndirilən şəxsin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb. 

Vəsatətdə göstərilib ki, tiktoker xanımın autizmdən əziyyət çəkən 4 yaşlı övladı var.

Qısa müşavirədən sonra məhkəmə humanist addım ataraq vəsatəti təmin edib və Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə ittiham irəli sürülüb. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.