Azərbaycanda tanınmış musiqiçi müğənninin dişini itə atıb toydan qaçdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az lent.az-a istinadən "Ömrün bir anı" rubrikasında tanınmış klarnet ifaçısı Vaqif Mirzəyevin məzəli bir xatirəsini paylaşır.
Vaqif Mirzəyev rayonlardan birinə toya dəvət alır. Rayonun adətinə görə, toy 3 gün davam edir. Birinci gün qadın toyu, ikinci günü kişi toyu olur, üçüncü gün gəlini günorta bəy evinə gətirirlər və toy başa çatır. Vaqif Mirzəyev toy sahibi ilə danışır ki, iki gün olacam, üçüncü gün isə başqa bir məclisə dəvət aldığıma görə özümlə gətirdiyim klarnet ifaçısını yerimə qoyub gedəcəm. Gəlini o gətirər. Ev sahibi də razılaşır.
Toyun iki gününü yola verirlər. İkinci gün gecə toy sahibi Vaqif Mirzəyevin və ansamblının pulunu verir. Vaqif Mirzəyev bildirir ki, danışdıqları kimi çıxıb gedəcək. Ev sahibi razılaşmır. Hətta aralarına söz-söhbət də düşür. Vaqif Mirzəyev gecə ilə qaçmağa qərar verir.
"Gecə qapını açdım ki, qaçam, gördüm ev yiyəsinin yekə iti kəsdirib qapının ağzını. İtin başını qatmaq üçün ona yemək atmaq istədim. Otaqda heç nə yox idi. Masanın üstündə yekə fincan var idi, içi su ilə dolu. Götürüb atdım həyətə. İt fincanın dalınca qaçan kimi mən də qaçıb mindim qapının ağzında saxladığım maşına.
Mən çıxandan sonra səhər ev yiyəsi gəlib ki, bəs hanı Vaqif? Deyiblər o getdi yerində başqa klarnet çalan var. Ev yiyəsi klarnet çalanla dalaşıb, başlayıb müğənnini çağırmağa. Müğənni də stolun altından çıxmır. Heç demə, gecə dişlərini çıxarıb suyun içinə fincana qoyubmuş. Mən də götürüb atmışam itə. O da durub masanın altında, üstündə protez dişlərini axtarır. Məndən sonra da ev yiyəsi ilə musiqiçilər arasına beləcə söz-söhbət düşüb. Səbəbkar da mən olmuşam", - o xatirəsində danışıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"İmkansızlıqdan heç bir oyuncağım OLMAYIB"
-
Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri - Siyahı
-
Sezon finalını tezləşdirdilər
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO
-
Məşhur aktrisa qızı ilə bacı kimi görünür
XƏBƏR LENTİ
-
"Formula 1" üzrə Kanada Qran-prisinin qalibi oldu
-
Bir bu qalmışdı, o da oldu - Bakıda restoranda kartofun yağı ayrıca hesablandı - FOTO
-
Ölkədə güclü yağışlar davam edir - FAKTİKİ HAVA
-
ABŞ və İran arasında ilkin razılıq əldə olundu - KİV
-
Şükürbəyli kəndinə daha 119 ailə yola salındı
-
Evdə işlətdiyiniz kondisionerləri UNUDUN - Alimlərdən yeni KƏŞF
-
“Qara qızıl” ucuzlaşdı - Bazarlar qarışdı
-
"İmkansızlıqdan heç bir oyuncağım OLMAYIB"
-
QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Avro alanlara ŞAD XƏBƏR: Gözlənilən an gəldi
-
Evdən maşınla çıxanlara VACİB XƏBƏR
-
Premyer Liqanın bombardiri oldu
-
Xəzər dənizində zəlzələ oldu
-
iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir - FOTO
-
Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır
-
7 addımda soyuducu təmizləməyin sirləri
-
Vyetnamın "VinFast" brendi yeni "VF 8" modelini təqdim etdi: qiyməti düşdü - FOTO
-
Yazda necə qidalanmaq lazımdır?
-
Mayın sonuna qədər sərvət qazanacaq BÜRCLƏR
-
Omeqa-3 həqiqətən faydalıdır?
-
Kann festivalında məşhurların qaldığı hotellərin qiymətləri - Siyahı
-
Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Kür məcrasından çıxır - VİDEO





