Əməkdar artist: "Qohumlar mənə yaxınlaşmağa qorxur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Coşqun Rəhimov "Qapqara" verilişində açıqlaması ilə diqqət çəkib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Coşqun Rəhimov aparıcı Kamran Ağabalayevin "Əfsus ki, obrazla yaşayan aktyorlar çoxdur. Halbuki obrazın işi yalandır" sualına cavabda deyib: "Əlbəttə ki, yalandır, onlar özlərini aldadırlar. Teatr yaranandan Konstantin Stanislavski məktəbinə önəm veriblər. İşimiz obrazı hiss etmək, oynamaq və tamaşaçıya çatdırmaqdır. Biz oyunçuluqla məşğuluq və tamaşaçını aldadırıq. Ən böyük yalançı bizik, amma doğru olan yalanı ifadə etməyə çalışırıq.
Oyunçu olaraq yalançı olsaq da çatdırdığımız həqiqət olmalıdır. Ümumiyyətlə, baxır nədə özümüzü aldadırıq. Əgər sən kiminsə həyatını yaşayacaqsansa, dramatik bir tamaşada hansısa faciəvi bir vəziyyətə düşərək obrazı hiss edəcəksənsə, deməli, sən ölümün astanasındasan. Obrazı dırnaqarası yaşayanlardan söhbət gedir. Çünki insan həyatda hansısa bir faciəni yaşayırsa, toparlanmaq üçün vaxt lazımdır. Həyatınızı yaşayın, səhnə oyunçuluqdur".
Aktyor mətbuatda haqqında yayılan ölüm xəbərlərindən də danışıb: "Çalışıram ki, elə xəbərləri oxumayım. Mənə bu haqda kimlərsə məlumat verir. Səhhətimdə problem olan vaxt, 14 il əvvəl, təsəvvür etməzdim ki, mənə bu qədər dua edən, qurban kəsən tamaşaçım var. Məni Allahdan sonra həyatda qalmağımı istəyən insanların duasıdır".
Coşqun Rəhimov xərçəng xəstəliyinə qalib gələrək səhnəyə çıxmasından da söz açıb: "Əməliyyat zamanı 12-13 saat narkozda qalmışdım. Bədənimdə çoxlu yarıqlar var idi. O vəziyyətdə aşağı düşəndə xəstəxanada hamı həyəcan keçirirdi ki, mənə nəsə olacaq".
Aktyor aparıcının "Ofisiant işləmisiniz və hazırda ölkənin hamının tanıdığı birisiniz. Xarakterinizin dəyişməməsinin səbəbi nədir" sualına "Yəqin ki, həyata baxışım və həssaslığım dəyişməyə imkan varməyib. İnsan hansı halda dəyişə bilər? Pulununun çox olduğu vaxt... Yaşın üzərinə yaş gəldikcə müdrikləşmək daha gözəldir, nəinki dəyişmək. Hamı mənim xasiyyətimi bilir. Zərər verən insanı ətrafımdan uzaqlaşdırmışam. Məsafə saxlayıram. Bu yaşımdan sonra da dəyişmərəm. Tamaşaçılar, qohum-əqrəbalarım da mənə yaxınlaşamağa qorxurlar. Hansı vaxt sözü demək olar, yaxınlaşmaq olar, yoxsa olmaz... Bu bir xasiyyətdir. Hər bir insan fərdidir" - deyə, cavab verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





