Şou-biznes

Türkiyədə 15 min dollara çəkdirdiyi klipi silindi, illər sonra yenidən çəkdilər - VİDEO

26 Oktyabr 2024 10:35
Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Röya Ayxan və ifaçı Rüfət Axundov uzun zamandır gözlənilən "Şəhzadəm" adlı duetlərini təqdim edib.

Milli.Az-ın məlumatına görə sözügedən mahnıya klip pandemiya dövründə çəkilsə də, layihələrdə problem yaranmış, klip də, mahnı da silinmişdi. 

Bu barədə Rüfət Axundov Milli.Az-a məlumat verib: 

Rüfət Axundov bildirib ki, öncə illərlə dostluq etdiyi Röya Ayxana təşəkkür edir və 3 illik aradan sonra klip nəhayət ki, son işıq üzü görüb:

"Tilsimi qırdıq, şükür klip yayımdadı. Və bu başıbəlalı klipimiz ilk dəfə Türkiyədə çəkildi amma klip yandı. Sonra türk rejissorları Bakıya gətirdik və yenidən "Şəhzadəm"i çəkdik. Əla alındı. Xalq artisti - dostum, fəxrimiz Röya xanıma təşəkkür edirəm, inanıram tamaşaçılar bəyənəcək".

Xalq artisti Röya Ayxan isə Rüfət Axundova söz verdiyini və nə olursa olsun bu klipin işıq üzü görəcəyini söz verib: " Mən Rüfətin ailəsiyəm, bacısıyam, dostuyam. Ona 3 il qabaq söz vermişdim, qismət bu günə imiş".

Xalq artisti klip üçün 15 min dollar xərcləndiyini də bildirib.

Sözləri Orxan Mürvətliyə musiqisi Fərid Kərimliyə aid olan bəstənin ekran həlli məşhur türkiyəli rejissor Orçun Mutluya həvalə edilib.

Milli.Az görüntüləri təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.