Kriminal

Dələduzluqla 15 min pulu ələ keçirmək istədi

26 Oktyabr 2024 12:16
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvan şəhərində 15 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs həbs edilib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan Regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb:

"Saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək onlara yüksək məvacibli işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib. F.Xəlilov ümumilikdə 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.