Oğlu öldürülən atanın məhkəmədə dedikləri hamını təccübləndirdi: "Cavan uşaqdı, buraxın"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.
Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş Rəşid İmanovun hüquqi varisi və atası İmanov da öncədən Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə məhkum edildiyi üçün və təqsirləndirilən şəxsin yaşı ilə əlaqədar onun azadlığa buraxılmasını istəyib.
"Mən şikayətçi deyiləm, Mən istəyirəm onu azadlığa buraxasınız. Cavan uşaqdır. Ola bilərdi, mənim də oğlum onu öldürərdi", - deyə R.İmanov qeyd edib.
Məhkəmə bu xahişi rədd edib.
Dövlət ittihamçısı Vüsal Mehrəliyev işin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs qətimkan tədbiri"nin saxlanılmasını istəyib.
Məhkəmə müşavirəsi əsasında təqsirləndirilən Rəhim Əsədov barəsində seçilmiş "həbs qətimkan tədbiri" qüvvədə saxlanılıb.
Məhkəmənin baxış iclası 30 oktyabr tarixinə təyin edilib.
Qeyd edək ki, iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
İnqilab Məmmədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əli Əsədov Gürcüstana gedir
-
225 saylı məktəbdə jurnalistlərə hücum edən şəxslə bağlı yeni faktlar
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
-
Azərbaycanda terror işi üzrə hökm: 8 nəfərə 13 ilədək həbs verildi
XƏBƏR LENTİ
-
Əli Əsədov Gürcüstana gedir
-
225 saylı məktəbdə jurnalistlərə hücum edən şəxslə bağlı yeni faktlar
-
Paşinyan onu işdən azad etdi
-
İranda zəlzələ oldu
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
Sergen Yalçınla türk futbolçular arasında gərginlik - O sözlərinə görə...
-
Ermənistan parlamentində deputatlar arasında yenə dava düşdü - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
-
Azərbaycanda terror işi üzrə hökm: 8 nəfərə 13 ilədək həbs verildi
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb
-
Noyabrın 1-dən bu avtobuslar dəyişir - Gedişhaqqı...
-
Niderlandda ümumölkə karantini tətbiq olundu
-
Masallıda ağır qəza: Ölən var
-
“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi (Foto)
-
Anası yenidən ailə qurdu, 14 yaşlı qızın həyatı dəyişdi
-
Şəmkirdə usta evdə təmir zamanı öldü
-
Qızıl almaq istəyənlərə vacib xəbər
-
Mourinyo qızının bu fotolarını silməsini tələb etdi - Müzakirə yaradan görüntülər... - (Fotolar)
-
Ermənistan prezidentinin səhhəti pisləşdi
-
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
-
Bakıda azyaşlı faciəvi şəkildə öldü
-
Sabah yeni ombudsman seçiləcək





